Sövdələşmə bitdikdən sonra "Lukoil" şirkətinin "Şahdəniz" layihəsindəki payı... Sövdələşmə bitdikdən sonra "Lukoil" şirkətinin "Şahdəniz" layihəsindəki payı...

"Lukoil" "Şahdəniz"də payını artırır

Sövdələşmə bitdikdən sonra "Lukoil" şirkətinin "Şahdəniz" layihəsindəki payı...

Rusiyanın "Lukoil" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında payını artırır.

"APA-Economics"in "Lukoil"a istinadən verdiyi məlumata görə, "Lukoil" "Petronas" şirkətindən "Şahdəniz"də 15,5% payının alınması haqqında müqavilənin imzalanması barədə elan edib.

Məlumata görə, sövdələşmənin dəyəri 2,25 mlrd. ABŞ dolları təşkil edəcək.

Sövdələşmə bitdikdən sonra "Lukoil" şirkətinin "Şahdəniz" layihəsindəki payı 10%-dən 25,5%-ə yüksələcək və layihədə pay bölgüsü belə olacaq: BP – 28,8%, "Lukoil" – 25,5%, TPAO – 19%, SOCAR – 10%, NICO – 10% və SGC – 6,7%. Sövdələşmə bir sıra şərtlərin (o cümlədən SOCAR-la razılaşdırma) yerinə yetirilməsindən sonra bitəcək.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Xatırladaq ki, bu yaxınlarda BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihəsindəki iştirak payının 25%-ni "Lukoil" şirkətinə satmağı razılaşdırıb. Sövdələşmə bitdikdən sonra AYDH sazişində iştirak payları belə olacaq: SOCAR-ın Ortaq Neft Şirkəti – 50%, BP – 25% və "Lukoil" – 25%. Bu sövdələşmənin Azərbaycan hökuməti tərəfindən təsdiq olunduqdan sonra 2021-ci il 1 iyul tarixindən qüvvəyə minməklə bu ilin dördüncü rübündə başa çatacağı gözlənilir.

Aznews.az