- İntellektual baxış
- 28 Yanvar 2022 16:55
- 6 387
ARDNF Türkiyə Mərkəzi Bankında depozit yerləşdirib
Depozit 6 aya qaytarmaq şərti ilə yerləşdirilib
Bu ay Dövlət Neft Fondu (ARDNF) Türkiyə Mərkəzi Bankında 1 milyard avro depozit yerləşdirib.
Bu barədə Fonddan bildirilib.
Məlumatda deyilir ki, depozit 6 aya qaytarmaq şərti ilə yerləşdirilib.
Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-nin investisiya strategiyası və qaydaları çərçivəsində həyata keçirilib və ötən gün yekunlaşıb.