Bitkoin artıq üçüncü gündür ki, ucuzlaşır Bitkoin artıq üçüncü gündür ki, ucuzlaşır

Bitkoinin qiyməti 40 min dollardan aşağı düşüb

Bitkoin artıq üçüncü gündür ki, ucuzlaşır

Bitkoinin qiyməti son 24 saat ərzində 5% azalaraq, fevralın 4-dən bəri ilk dəfə 40 min ABŞ dollarından aşağı düşüb.

Aznews.az xəbər verir ki, bu barədə hərracın məlumatında deyilir.

Ticarət həcminə görə, ən böyük kriptovalyuta birjası olan "Binance"də bitkoin 5,5% azalaraq 39,77 min ABŞ dolları olub.

"CoinMarketCap" portalının məlumatına görə, bitkoinin qiyməti 5,6% aşağı düşərək 39,8 min ABŞ dolları təşkil edib.

Bitkoin artıq üçüncü gündür ki, ucuzlaşır.