“Bank of Baku”nun xalis mənfəəti 31% azalıb

"Bank of Baku" 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

Ötən il “Bank of Baku"nun xalis mənfəəti 2022-ci illə müqayisədə 31% və ya 11.4 milyon manat azalaraq 25 milyon 458 min manat təşkil edib. 2022-ci ildə bank 36 milyon 865 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 28.2% artaraq 128 milyon 291 min manat, faiz xərcləri isə 79.1% artaraq 41 milyon 26 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 13 milyon 430 min manat ( illik müqayisədə 13.8% çox ), qeyri-faiz xərcləri isə 73 milyon 639 min manata ( illik müqayisədə 34.2% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 27 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ilə nisbətən 20.6% azdır.

Ötən il bankın aktivləri 24.2% və ya 169.6 milyon manat artaraq 870 milyon 889 min manat təşkil edib. Bu dövrdə “Bank of Baku”nun kredit portfeli (müştərilərə verilmiş kreditlər) 14.1% artaraq 659 milyon 43 min manata çatıb. Bu dövrdə bankın istehlak kredit portfeli 19.6% və ya 77.9 milyon manat artaraq 476 milyon manat, biznes kredit portfeli 4.3% və ya 6.6 milyon manat azalaraq 148 milyon manat, daşınmaz əmlak kreditləri isə 41.1% və ya 10.1 milyon manat artaraq 34.8 milyon manat təşkil ed