- İntellektual baxış
- 7 Mart 2025 12:03
- 6 978
Azərbaycan Mərkəzi Bankının əmlakı qiymətləndiriləcək
Azərbaycan Mərkəzi Bankının daşınmaz əmlakı, nəqliyyat vasitələri və ehtiyat hissələri qiymətləndiriləcək.
AzNews.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, artıq qiymətləndirmə ilə bağlı hazırlıqlara başlanılıb. Bu işlərin 23 min manata başa gələcəyi gözlənilir.