- Dünyanın halı
- 16:45
- 1 066
Hindistan təyyarəsi Pakistanın hava məkanını pozub
Hindistanın mülki aviasiya sektorunda növbəti insident qeydə alınıb.
Hindistanın Mülki Aviasiya Baş İdarəsinin (DGCA) rəsmiləri bildiriblər ki, iyunun 22-də Amritsar şəhərinə eniş etməyə çalışan sərnişin təyyarəsi qısa müddət ərzində səhvən Pakistanın hava məkanına daxil olub.
Məlumata görə, təyyarə təxminən 5 kilometr Pakistanın Lahor şəhəri üzərindəki hava məkanında olub.
Hadisə ilə bağlı uçuş heyəti və hava hərəkətinə nəzarət xidmətinin bir əməkdaşı insident barədə vaxtında məlumat vermədiklərinə görə vəzifələrindən uzaqlaşdırılıblar.
DGCA-nın açıqlamasında qeyd olunub ki, təyyarə radar yönləndirməsi ilə enişə hazırlaşarkən qısa müddətə Pakistan hava məkanına keçib.
“Hadisə Pakistanın hava hərəkətinə nəzarət xidmətinin əməkdaşları ilə koordinasiyalı şəkildə həll edilib. Təyyarə daha sonra marşrutunu Dehliyə dəyişərək təhlükəsiz şəkildə eniş edib”, – deyə açıqlamada bildirilib.
Mövsüm,
AzNews.az