ARDNF 7 ayda büdcə öhdəliyini tam icra edib

Bu ilin yanvar-iyul aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 8 milyard 447,3 milyon manat təşkil edib.

AzNews.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur.

Xatırladaq ki, bu il ARDNF büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməlidir. Beləliklə, 7 aylıq ödəniş tam icra edilib.

AzNews.az