Filmin çəkilişləri təxirə salınıb Filmin çəkilişləri təxirə salınıb

Serenay “Acıların qadını”nı bəyənmədi

Filmin çəkilişləri təxirə salınıb

Türkiyədə “Acıların qadını” kimi tanınan, 1989-cü ildə qətlə yetirilən müğənni Bergenin həyatından bəhs edilən film çəkilir.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, filmdə baş rolu aktrisa Serenay Sarıkaya canlandırır. Bildirilir ki, aktrisa filmin ssenarisini bəyənmədiyi üçün çəkilişləri 2019-cu ilin yazına qədər təxirə salınıb.

“Tələsən yerimiz yoxdur, istəyirəm ki, mükəmməl iş alınsın”, - deyə Serenay bildirib.

Qeyd edək ki, müğənni Bergen və onun anası 1989-cu ildə qətlə yetirilib. Sevgilisi qısqanclıq zəminində 30 yaşlı müğənni ilə anasını güllələyib.

Nigar CƏFƏR

AzNews.az

image description