Onu topa tutdular: “Özündən utanmalısan!” Onu topa tutdular: “Özündən utanmalısan!”

Məşhur modelin sevgilisi: “Artıq müsəlman deyiləm”

Onu topa tutdular: “Özündən utanmalısan!”

“One Direction” adlı musiqi qrupunun keçmiş üzvü və məşhur model Gigi Hadidin sevgilisi Zayn Malik, son müsahibəsində özünü artıq müsəlman kimi görmədiyini deyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Zayn Malik “British Vogue”-a müsahibə verib. O, bildirib ki, dininin gərəyi olan gündəlik fəaliyyətlərini dayandırıb:

“Müəyyən bir yeməyi dua edərək yeməli və ya gündə beş dəfə eyni dildə dua etməli olduğumuza inanmıram. Ancaq yaxşı insan olsanız, hər şey sizin üçün yaxşı olacaq”.

Malikin bu açıqlamaları "tvitter" izləyiciləri tərəfindən fərqli qarşılanıb. Bir qrup insan bunu dəstəkləsə də, digərləri ona “özündən utanmalısan” deyib.

Pərvanə AĞAZADƏ
AzNews.az