"O xəstəlik anamı və bacımı apardı". "O xəstəlik anamı və bacımı apardı".

Xərçəngə qalib gələn aparıcımız danışdı - VİDEO

"O xəstəlik anamı və bacımı apardı".

Xərçəng xəstəliyinə qalib gələn aparıcı Zülfiyyə Bayramova “ATV maqazin onlarla” verilişinə açıqlama verib.

Aparıcı bildirib ki, xəstəliyə qarşı intiqam hissi var idi:

"Xəstəliyimin 9-cu ayında idim. Oğlum gəldi oturdu yanımda, mədəmi sığalladı. Dedi ki, mən burada cəmi 9 ay qalmışam. Sən 9 aydan çox qalsan, səni öldürəcəm.

İçimdə onlara qisas hissi var idi. O xəstəlik anamı və bacımı apardı. Bacımı çox cavan itirdim. O həmin xəstəliklə mübarizə apara bilmədi. Ölümün gözünə dik baxdı. Bəlkə də o qisas var idi içimdə. Eşidən kimi dedim ki, mən ondan qisas alacam. Əsas odur ki, bitdi, hər şey geridə qaldı. Hər gün yüzlərlə, minlərlə dua gəldi.

Bədxassəli şişə "yox" dedik. O müharibədə mənim orqanlarım iştirak etdi. Hamısı yaralanıb. Bütün orqanlarımda kimyaterapiyanın zədələri var".(teleqraf.com)

© AzNews.az