İlin sevgisinə Hüyla Avşar şərhi: "Mənə nə?"

Aktrisa jurnalistlərlə zarafatlaşıb

Məşhur Türkiyəli aktrisa Hülya Avşar keçmiş həyat yoldaşının münasibəti haqqında danışıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən axşam ailəsi ilə birlikdə balıq restoranında yemək yeyən Hülya Avşar onu gözləyən jurnalistləri görərək onlara yaxınlaşıb.

Müxbirlərlə zarafatlaşan Hülya Avşar keçmiş həyat yoldaşı Sadettin Saran ilə Mustafa Sandalın keçmiş həyat yoldaşı Emina Jahovicin münasibəti barədə suallara “Ah! Cavab verim? Bu nədir? Mənə nə?” deyə cavab verib.

Nigar CƏFƏR
AzNews.az

image description