Hande Yener tanınmışları bir araya topladı - doğum günündə

Müğənni yeni yaşında özünə “Xoşbəxtlik, daha çox xoşbəxtlik” diləyib.

Şou aləminin tanınımış simaları dünən Türkiyəli müğənni Hande Yenerin ad günü şənliyində bir araya gəlib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur pop ulduz Hande Yener dünən gecə klublarının birində ad gününü qeyd edib.

Müğənninin doğum gününə məşhur simalar Aylin Çoşkun, Yıldız Çağrı Atiksoy, Fikri Karayel, Altan Çetin, Serhan Sokulgan və Polat Yağcı qatılıb.

Doğum günündə Hande Yenerin sevgilisi Ümid Cem Şenol və oğlu Çağın Kulaçoğlu da iştirak edib.

Doğum günü tortunu kəsən müğənni yeni yaşında özünə “Xoşbəxtlik, daha çox xoşbəxtlik” diləyib.

Nigar CƏFƏR

AzNews.az

image description