Tanınmış meyxanaçının ayaqları tutuldu: əməliyyat olundu - FOTO

O, paytaxda yerləşən özəl klinikalardan birinə yerləşdirilib.

Tanınmış meyxanaçı İntiqam Rüstəmovun ayaqları tutulub.

O, paytaxda yerləşən özəl klinikalardan birinə yerləşdirilib. Müayinə zamanı məlum olub ki, meyxanaçı bir müddət əvvəl belində yırtıq yarandığından əməliyyat olunub.

Əməliyyat səhv edildiyindən İntiqam Rüstəmovun belində olan yırtığ 9 millimetrdən 30 millimetrə qədər yüksəlib. Bu səbəbdən meyxanaçının tutulub. Bu gün xəstəxanaya yerləşdirilən İ.Rüstəmov cərrah Əli Osmanbəyli tərəfindən yenidən əməliyyat olunub.

Hazırda ifaçının səhhətinin normal olduğu bildirilir. (unikal.org)

AzNews.az

image description