"Mən kobudcasına bu təklifi rədd etdim". "Mən kobudcasına bu təklifi rədd etdim".

Məşhur müğənni depressiyasından danışdı: Gecələr yata bilmirəm - FOTO + VİDEO

"Mən kobudcasına bu təklifi rədd etdim".

Uzun fasilədən sonra məşhur müğənni Selena Gomez həm İnstagrama qayıdıb, həm də yeni mahnı yazdırıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı ifaçı rəfiqəsi Culiya Mayklzla "Anxiety" adlı mahnı yazdırıb. Bu, onların birlikdə ifa etdikləri ilk mahnıdır. Elə bu barədə çoxmilyonluq İnstagram hesabında da paylaşım edib:

"Mənim sevimli bacım Culiya, sən mənim həyatımın mühüm hissəsi oldun. Özümdən əmin olmadığım vaxtlarda sən mənə cəsarətli olmağı öyrətdin.Bu mahnı mənə çox yaxındır. Bu, çox lazımlı müraciətdir. Ümid edirəm, sizin xoşunuza gələcək.", - Selena Culiya ilə çəkdirdiyi fotoya şərhində belə yazıb.

Mahnıda maraqlı sözlər var. "Dostlarım məni kinoya dəvət edir, amma kobudcasına bu təklifi rədd edirəm. Mən depressiyadayam. Dostlarım anlamır, gecələr yata bilmirəm.", - mahnıda belə sözlər var.

Fəridə Abdulla

AzNews.az