O, canlı yayımda gülünc səhvə yol verib. O, canlı yayımda gülünc səhvə yol verib.

Canlı yayımda Afət Fərmanqızından biabırçı səhv - xalqı belə aldadıb

O, canlı yayımda gülünc səhvə yol verib.

Bu gün "Yeni müsavat" qəzetinin rəsmi Facebook səhifəsində canlı yayımın qonağı qalmaqallı müğənni Afət Fərmanqızı olub.

AzNews.az xəbər verir ki, canlı yayım zamanı müğənni "Pəncu şeş" ifası ətrafında səngimək bilməyən qalmaqallardan danışıb. Afət Fərmanqızı onun Nəsimidən xəbərsiz olduğunu bildirən və savadısz adlandıranlara da cavab verib.

O, ziyalı insan olduğunu və məktəbdə çox yaxşı təhsil aldığını bildirib:

"Mən ixtisasca kimya-biologiya müəllimiyəm. Neyləyə bilərəm ki, şou-biznesdəkilərin əksəriyyəti vurma cədvəlini bilməyən insanlardır".

Daha sonra müğənni ona hədiyyə edilən avtomobildən danışıb.

"Sponsorum yoxdur, özüm qazanıram. Əsas gəlir mənbəyim Rusiyada olan toylardır. Orada bir toya getmək burada 10 toya bərabərdir. Maşını özüm almışam. Baxıram ki, telefonu, maşını baha olan adama insan kimi baxırlar. Mən bu maşından almaq istəyirdim, lakin müəyyən miqdarda pulum çatmırdı. Maşının çatmayan məbləğinin üstünü Rusiyadakı yaxın dostum düzəldib mənə bir jest elədi".

Qeyd edək ki, müğənni daha əvvəl verdiyi açıqlamalarda maşını ona Rusiyadakı iş adamının hədiyyə etdiyini söyləsə də indi yalnız çatışmayan məbləği ödədiyini bildirib:

"Mən özümə yeni avtomobil alacaqdım. Sadəcə istədiyimi almaq üçün 80 min manatım çatmırdı və bunu Manaf Ağayev də daxil olmaqla, bütün ətrafım bilirdi. Hətta Nazənin də borc pul təklif etdi. Dedim ki, avtomobil almaq üçün borca girmərəm. Canlı yayımdan həyətə çıxanda şoka düşdüm. Amma mən istədiyim avtomobilin salonu qırmızı rəngdə idi. Hətta onu almaq üçün bir otaqlı mənzilimi də satışa çıxarmışdım. Özüm hələ də şokdayam. Bu avtomobili mənə hədiyyə edən şəxs Rusiyada yaşayan azərbaycanlıdır, pərəstişkarımdır".

Aynur

AzNews.az