Onlar daha “Çukur”da olmayacaq - FOTOLAR

"İki sezon gözəl ruhlarla işləmək fürsətim oldu"

“Çukur”un ötən günkü buraxılışında Sena obrazına həyat verən Dilan Çiçek Denizlə Mahsunu canlandıran Berkay Ateş serialla vidalaşıb.

Hər iki məşhur instaqram səhifəsində vida mesajı yazaraq ekran işindən ayrıldıqlarını elan ediblər.

“Yolu işıqlandıran hekayədir. Hələ ki, bu qədər gözəl və dəyərli bir insanı tanıdırıqsa… Yaxşı ki, sizinlə idim, “Çukur”daydım. Hər kəsə təşəkkür edirəm" - deyə B. Ateş bildirib.