"Beş il bundan əvvəl olan hadisəni hər dəfə təzələyir" "Beş il bundan əvvəl olan hadisəni hər dəfə təzələyir"

Təranə Qumral Nazəninə qarğış etdi - “Allah bəlasını versin”

"Beş il bundan əvvəl olan hadisəni hər dəfə təzələyir"

Müğənni Təranə Qumral həmkarı Nazəninin vəkili Heyrat Qarayevin məhkumluq adı alması haqqında yaydığı iddialara sərt cavab verib.

AzNews.az xəbər verir ki, Təranə Qumral “Hər şey daxil” verilişində Tarix Əliyevin “Siz pul ödəmisiniz ki, bu məsələ bağlansın. Amma siz üzr istəyənə qədər şikayətlərini geri götürməyəcəklər” sualına belə cavab verib:

“Allah onun bəlasını versin ki, beş il bundan əvvəl olan hadisəni hər dəfə təzələyir. Dünəndən mənim telefonlarım susmur ki, həbs olunmusan? İnsanların hər biri fərqli başa düşür. Mən kimlərinsə maşası deyiləm. İndiyə qədər öz sözümü demişəm. Bizim məhkəməmiz qüvvədən düşmüş sayılır. Apellyasiya məhkəməsinə verdilər, qüvvədə saxladı. Sonra ali məhkəməyə verdilər. Hər dəfə şikayət edə-edə qüvvədə saxlayırlar. Guya ki, mən onları şikayət edirəm. Mən heç vaxt şikayət etməyi, məhkəmə qapısında gəzməyi sevmirəm. İndi səsimi yazırlar ki, polisə şikayət eləsin. Neçə illərdi səni gündəmdə saxladım. Artıq o Təranə yoxdur. Bu sənə çox olar”.

Qeyd edək ki, ötən gün “Hər şey daxil” verilişində müğənni Nazəninin vəkili Heyrat Qarayev Təranə Qumralın məhkumluq adı aldığını açıqlayıb:

Təranə Qumral həm Nazənin xanımı, həm də həyat yoldaşı Məhəbbət bəyi məhkəməyə vermişdi. Amma o həmin məhkəmədə uduzdu və sonradan bu proses yuxarı instansiyalara qalxdı və yekun məhkəmə qərarı Nazənin xanımın və Məhəbbət bəyin xeyrinə verildi. 3500 manat təzminat ödədi. Üzr istəmək, təkzib verməklə bağlı bilirsiniz ki, Təranə Qumral məhkəmənin hökmü ilə məhkumluq adını aldı. Yəqin Təranə Qumral ya bunu bilmir, ya da bilmək istəmir. Onun ölkə hüdudlarından kənara çıxma qadağası da var”.

Rəqsanə

AzNews.az