Kanalizasiyadan gələn iyə bənzəyirsiniz - Pərvin Abıyeva istifadəçilərinə qəzəbləndi

Elə buna görə də heç kimə lazım deyilsiniz

Gənc aktrisa Pərvin Abıyeva yenə od püskürüb.

AzNews.az xəbər verir ki, Pərvin Abıyeva İnstagramda onun haqqında yalan məlumat yayan və təhqir edənlər haqda bu sözləri yazıb:

“Sosial şəbəkədə ağzının zibilini tökərək söyüşlər yazan, işsiz, gücsüz, bekar, avara, tərbiyəsiz millət nümayəndələri. Sizin etdiyiniz təhqirlər qədər təhqir etməyi özümə sığışdırmıram. Amma inciməyin, əzizlərim, kanalizasiyadan gələn iyə bənzəyirsiniz. Elə buna görə də heç kimə lazım deyilsiniz. Nə qazancınız, nə pulunuz, nə də işiniz var. Sevilirsiniz, içi-çölü çirkin insanlar. Sizi elə məhz mən sevirəm”.

Rəqsanə

AzNews.az

image description