Cavan Zeynalı ölüm xəbərindən danışdı: "Məni öldürüb, əvəzində pul qazanırlar"

Belə adamlar "xəstə"dir, beyinləri işləmir

Xalq artisti, cazmen Cavan Zeynallı sosial şəbəkədə yayılan ölüm xəbərindən danışdı.

Müğənni AzNews.az-a açıqlamasında onun ölüm xəbərini yayan şəxsləri "xəstə" adlandırıb:

“Belə adamlar "xəstə"dir, beyinləri işləmir. Onların sayları da çoxdur. Həmin "xəstə"lərin müalicəsi ilə məşğul olan həkimlərin isə sayı azdır. Onlar mənim kimi tanınmış adamların ölümü ilə zarafat edirlər. Cavanı öldürüb sensasiya etdilər, əvəzində yaxşı pul qazanırlar. Biz mədəni adamlarıq”.

Qeyd edək ki, sosial şəbəkədə müğənni Cavan Zeynallının ölüm xəbəri yayılıb.

Bahar RÜSTƏMLİ

AzNews.az