Qadağa qeyri-müəyyən müddətədək qüvvədədir Qadağa qeyri-müəyyən müddətədək qüvvədədir

Qriqori Lepsin daha bir ölkəyə girişi qadağan edildi

Qadağa qeyri-müəyyən müddətədək qüvvədədir

Rusiyalı müğənni Qriqori Lepsin Latviyaya girişi qadağan edilib.

Bu barədə Latviyanın Xarici İşlər naziri Edqar Rinkeviç “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Leps dövlət təhlükəsizliyi müəssisələrinin qərarına və miqrasiya haqqında qanunun 61 maddəsi üzrə “qara siyahı”ya salınıb. Qadağa qeyri-müəyyən müddətədək qüvvədədir.

Qeyd edək ki, Qriqori Leps may ayından etibarən Litvada da arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Müğənni 2013-cü ildən ABŞ Maliyyə Nazirliyinin “qara siyahı”sındadır. O, “Qardaşlıq əhatəsi” cinayətkar qrupla əlaqədə günahlandırılır.

Lepsin İsrail və Ukraynaya girişi də qadağandır.(qafqazinfo.az)

AzNews.az