Bir müddət öncə həyatlarına başqa şəxslərlə davam etdikləri haqda xəbərlər çıxmışdı Bir müddət öncə həyatlarına başqa şəxslərlə davam etdikləri haqda xəbərlər çıxmışdı

Sərdar Ortaç və Kloe Loughnan ikinci dəfə evlənir?

Bir müddət öncə həyatlarına başqa şəxslərlə davam etdikləri haqda xəbərlər çıxmışdı

Türkiyənin “Tv8” kanalında yayımlanan “Gel Konuşalım”(“Gəl danışaq”) verilişində bu gün hər kəsi təəccübləndirən bir iddia ortaya çıxıb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, iddialara görə bir neçə ay öncə boşanan məşhur müğənni Sərdar Ortaç və model Kloe Loughnan 3 həftə öncə bir araya gəlib.

“Gel Konuşalım" (“Gəl danışaq”) proqramının aparıcısı Cengiz Semercioğlunun iddiasına görə, Sərdar Ortaç ilə Kloe Loughnan 3 həftə öncə görüşüb və müğənni keçmiş həyat yoldaşına yenidən evlilik təklif edib. Modelin də təklifə müsbət münasibət bəslədiyi hiss olunub.

Qeyd edək ki, beş illik evliliklərini bitirən Sərdar ilə Kloenin bir müddət öncə həyatlarına başqa şəxslərlə davam etdikləri haqda xəbərlər çıxmışdı.

Səidə Vahid

AzNews.az