Acun Ilıcalı bu verilişi məhkəməyə verdi

Xarici kanalların birində yayımlanan “Momsters” adlı verilişin formatından götürüldüyünü iddia edib

Türkiyəli iş adamı Acun Ilıcalı format oğurluğu ilə əlaqədar günahlandırdığı “Zuhal Topalla Sofrada” verilişinin yayımının dayandırılması üçün “Fox TV” və “Dual Film Yapım” şirkətini məhkəməyə verib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, Acun Ilıcalı ”Fox TV”dəki “Zuhal Topalla Sofrada” proqramının sahibi olduğu “TV8”də yayımlanan “Yemekteyiz” verilişi ilə eyni olduğunu iddia edib.

Açılan məhkəmə işində “Zuhal Topalla Sofrada” proqramının yayımının dayandırılması və lazımi tədbirlər görülməli olduğu bildirilib.

Buna cavab verən “Fox TV” öz proqramlarının xarici kanalların birində yayımlanan “Momsters” adlı verilişin formatından götürüldüyünü iddia edib.

“Fox TV”nin vəkili Ilıcalının tədbir görülməsini istəməsinin qanuna zidd olduğunu deyib:

“Məhkəməyə etiraz edir və rəddinə qərar verilməsini istəyirik”.

Səidə Vahid

AzNews.az