Evcen övladı Karanın bibisi ilə görüşdürülməsinə də icazə verməyib Evcen övladı Karanın bibisi ilə görüşdürülməsinə də icazə verməyib

Fahriyedən Buraka qadağa

Evcen övladı Karanın bibisi ilə görüşdürülməsinə də icazə verməyib

Məşhur aktrisa Fahriye Evcen aktyor əri Burak Özçivitin bacısı Burçun Özçivitlə yaşadığı qalmaqalla gündəmə gəlib.

AzNews.az xəbər verir ki, aktrisanın qısa müddət bundan əvvəl Burçunla sözü çəp gəlib və böyük mübahisə edib. Hətta Fahriye onu instaqram səhifəsindən “unfollow” edib.

İddiaya görə, Evcen övladı Karanın bibisi ilə görüşdürülməsinə də icazə verməyib.

Ailə üzvləri onları barışdırmağa cəhd etsə də, bu, nəticəsiz qalıb. Bu səbəbdən Burak və Fahriye oğlanları Karan üçün təşkil olunacaq onlayn ad günü partisini də ləğv edib.

Türkiyə KİV yazır ki, Fahriye Burakın bacısı ilə görüşməsinə də mane olur.