Ürəyimdə hamısını bağışlamışam Ürəyimdə hamısını bağışlamışam

"Abbas kimi oğlan düşmənim ola bilməz" - Roza Zərgərli

Ürəyimdə hamısını bağışlamışam

Müğənni Roza Zərgərli yarımçıq qalan layihəsindən danışıb.

AzNews.az axşam.az-a istinadən bildirir ki, sənətçi "ATV maqazin onlarla" proqramında yaşadığı qalmaqalı açıqlayıb. O bildirib ki, xanım sənətçilərin yer aldığı klip çəkdirmək istəyib, amma həmkarlarından biri onla mübahisə edib:

"Biri durub deyir ki, niyə mənə "salam" vermədin? Sən kimsən? Sən içəri girirsənsə sən, mən girirəmsə mən "salam" verirəm. Dəqiq insanlarla çalışa bilirəm. Klipin ssenarisini atıram, razılaşırlar və gəlirlər. Məni yormayanlarla çalışıram. Yorucu, söz-söhbətli işləri sevmirəm. Adını çəkmirəm, yazıqdır, yaşasın. Amma layihədə Afaq Gəncəli, Fidan Hacıyeva, Gülüstan Əliyeva, Gülyaz və Gülyanaq Məmmədova olacaqdı. Mən getdim deyə, onlar da razılaşmadılar".

Roza küsülü olduğu Əməkdar artist Abbas Bağırovla bağlı "O qədər danışmadığım sənət yoldaşlarım var ki, hamısının üzünə gülürəm. Ürəyimdə hamısını bağışlamışam. Abbas da onlardan biri. "Salam" versə alacam, verməsə də üzümü çevirib gedəcəm. Abbas mənlə danışmır. Abbas kimi oğlan düşmənim ola bilməz" sözlərini deyib.