Yaşıl teatrda Eyyub Yaqubov və " Big Band" fırtınası

Yaşıl Teatr"da Xalq artisti Eyyub Yaqubovun solo konserti baş tutub. Konsert "Big band sound pro" tərəfindən təşkil olunub.

AzNews.az xəbər verir ki, gecədə "Big band" qrupunun bədii rəhbəri Fuad Musayev və Xalq artisti Cavan Zeynallının canlı ifaları da yer alıb.

Eyyub Yaqubov pərəstişkarlarını bir-birindən gözəl mahnıları ilə sevindirib. Onların arasında "Kim bilir","Sovetskiy", "Yaşa Məhəbbətim", "Abşeronum", "Azəri torpağı", "Ağabala Çaykovski", "Ana" və s. yer alıb.

Konsert proqramında sevilən mahnılarla yanaşı, yeni bəstələr də təqdim olunub.

Eləcə də sənətkarın rəqqaslarla birgə rəqsləri gecəyə xüsusi rəng qatıb.

Konsertin ikinci günündə tamaşaçılara sürpriz edən Eyyub Yaqubov sosial şəbəkələrdə yayılan ifası ilə məşhurlaşan 10 yaşlı Nuray Şahsuvarlını səhnəyə dəvət edib. Nurayın ifası tamaşaçıların gur alqışları ilə qarşılanıb.

Qeyd edək ki, konsert iki gün baş tutub.

image description image description image description image description