"Xarici dövlət borcu adambaşına min dollara yaxınlaşır. Bu da ÜDM-nin təxminən 22 faizini təşkil edir". "Xarici dövlət borcu adambaşına min dollara yaxınlaşır. Bu da ÜDM-nin təxminən 22 faizini təşkil edir".

"Borcu bir büdcəyə bərabərdir" - Deputat

"Xarici dövlət borcu adambaşına min dollara yaxınlaşır. Bu da ÜDM-nin təxminən 22 faizini təşkil edir".

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov parlamentdə bugünkü büdcə müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, bunu böyük məbləğ hesab etmək olmaz. Elə dövlətlər var ki, onların dövlət borcu bir büdcəyə bərabərdir. Burada əsas məqam həmin borcların dövlət büdcəsi hesabına ödənilməsidir:

"Hesab edirəm ki, Maliyyə Nazirliyi bu məsələ ilə bağlı daha sərt mövqe tutmalıdır. Vəsaiti götürən təşkilatlar, agentliklər, səhmdar cəmiyyətlər götürdükləri vəsaiti vaxtında geri qaytarmalıdırlar”.

Deputat vurğulayıb ki, Konstitusiya Məhkəməsi bu yaxınlarda dollarla olan kreditlərlə bağlı qərar qəbul edib:

"Mən bu qərarı ümumiyyətlə qəbul etmirəm. Bu qərar nədən baş verib. Mən və həmkarım Əli Məsimli cənab prezidentə müraciət etmişdik. Bank sistemində olan vəziyyəti düzəltməklə bağlı müəyyən təkliflər vermişdik. Təkliflərə cənab prezident tərəfindən də imza atılaraq göndərilmişdi. Amma sonradan Konstitusiya Məhkəməsi belə bir qərar qəbul etdi. Hazırda isə vaxtı keçmiş kreditlərlə bağlı məsələ daha da kritik vəziyyətə gəlib çıxıb. Maliyyə Bazarlarına Nəzarət Palatası bank sistemi ilə bağlı məsələni nəzarətə götürsə də, müəyyən işlər görsə də ciddi dəyişikliklər edilməlidir”.

Elgün
AzNews.az