Yaxın günlərdə deputatlara yubiley medalı təqdim ediləcək Yaxın günlərdə deputatlara yubiley medalı təqdim ediləcək

Deputatlara yubiley medalı təqdim ediləcək

Yaxın günlərdə deputatlara yubiley medalı təqdim ediləcək

AzNews.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasın deputat Fazil Mustafa Milli Məclisin sədri Oqtay Əsədovdan Cümhuriyyətin qurucularının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib. O, həmçinin təklif edib ki, Cümhurriyyətlə bağlı yubiley medalı hansı deputatlara veriləcəksə, bu gün təntənəli şəkildə bu iclasda baş tutsun.

“Təklif edirəm ki, bu mükafat Cümhuriyyət qurucularının varislərinə, İstiqlal Bəyannaməsinə imza atan deputatlara təqdim edilsin. Rəsulzadənin nəvəsi Azərbaycanın tanınmış rəssamıdır. Ona da bu medal verilsin. Hansı ki, Rais Rəsulzadənin səhhəti ilə bağlı dövlət başçısı səviyyəsində diqqət göstərildi”.

Sədr Oqtay Əsədov deputat Fazil Mustafanın Cümhuriyyət qurucularının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə bağlı təklifinə cavab olaraq bildirib ki, bu gün bayram günü olduğu üçün onları yad etməyi düzgün saymır:

“Biz onları başqa günlərdə daim yad edirik. Hətta bir müddət öncə təntənəli yubiley iclasını da keçirdik. Parlamentin yüz illiyi ilə bağlı kitabda da onlar haqqında geniş məlumat verilib. Milli Məclisin 100 illiyi ilə bağlı yubiley medalı isə hazırdır. Medallar Milli Məclisin yaxın vaxtlarda keçiriləcək plenar iclasların birində, Dünya Azərbaycanlılarının Həmrəylik gününə yaxın bir zamanda millət vəkillərinə təqdim ediləcək".

Elgün
AzNews.az