Gələcək illərdə aparılan dərin islahatlar sayəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək Gələcək illərdə aparılan dərin islahatlar sayəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək

“Prezident vətəndaşlara mesaj çatdırır ki, sülh bölgəsində yaşamırıq”

Gələcək illərdə aparılan dərin islahatlar sayəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək

“Dünyada vəziyyət gərginləşir. Həm bölgəmizdə, həm dünyada yeni toqquşmalar, yeni münaqişə ocaqları yaranır, yeni risklər, təhdidlər meydana çıxır. Dünyanın gələcəyi ilə bağlı, sabitliyin gələcəyi ilə bağlı müxtəlif fikirlər, fərziyyələr irəli sürülür”.

Bu sözləri prezident İlham Əliyev mayın 24-də Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi iftar mərasimində bildirib.

Dövlət başçısı vurğulayıb ki, əsas vəzifəmiz Azərbaycanda sabitliyi qorumaq, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq və ölkəmizi mümkün olan risklərdən qorumaqdan ibarətdir:

“Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb. Azərbaycan inkişaf yolu ilə gedir. İnkişaf dinamikamız çox müsbətdir.

Əminəm ki, gələcək illərdə aparılan dərin islahatlar sayəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir".

Təhlilçilərin fikrincə, prezidentin regionda və dünyada yeni münaqişə ocaqları yarandığını söyləməsi kifayət qədər səhih informasiyalara söykənir. Bu həm də ölkə başçısının daxili və xarici auditoriyaya müqayisə aparmaq üçün verdiyi imkandır. Prezident İlham Əliyev göstərir ki, Azərbaycanın daxil olduğu regionda bu qədər qaynar nöqtələr olduğu halda, onun ölkəsində sabitlik və təhlükəsizlik yüksək səviyyədə qorunub saxlanır. Xatırladaq ki, vaxtaşırı bəzi xarici dairələr Azərbaycanda sabitliyin kövrək olduğu haqda qərəzli fikirlər səsləndirirlər.

***

Analitiklər ABŞ-İran gərginliyinin real müharibəyə çevriləcəyinə şübhə ilə yanaşırlar. Lakin faktdır ki, prezidentin dediyi kimi, bölgədə yeni münaqişə ocağı yaranmaqdadır. Həmçinin, Rusiya-Ukrayna münasibətləri, Türkiyə-Qərb əlaqələrində gərginlik var.

Ramiyə Məmmədova ile ilgili görsel sonucu

Siyasi şərhçi Ramiyə Məmmədova dünyadakı gərginliyin əsas coğrafiyasının Yaxın Şərq olduğunu söylədi.

Onun fikrincə, Azərbaycana təsir edən münaqişə ocağı İran-ABŞ münasibətləridir: “Bu vəziyyət Azərbaycana iqtisadi və siyasi cəhətdən təsir edə bilər.

İran vurularsa, qonşu ölkələrə təsir edəcək. Azərbaycan seçim qarşısında qalarsa, İranın yanında olacaq, Amerikanın işğalçı siyasətinə dəstək verməyəcək, həm də yaxın qonşusu kimi İrandan üz çevirməyəcək".

Xanım politoloq bununla belə güman etmir ki, Amerika İranla müharibə edəcək: “ABŞ-ın siyasəti hələ ki tvitter üzərindən hədə-qorxudan uzağa getmir.

Vaşinqton bilir ki, Tehrana savaş açarsa, regionda tək İran yox, Rusiya və Türkiyə ilə də üz-üzə qalmış olacaq.

İran heç də hərbi-texniki qüdrətinə görə zəif sayıla bilməz. Nə qədər iqtisadi sanksiyalar olsa da, çox güclü ordusu var. Rəsmi sənədlərə əsasən bu gün 350 mindən çox əsgəri qüvvəsi var.

Eyni zamanda İran İslam İnqilabı Keşikçiləri ordusunun (SEPAH) böyük dəstəyini nəzərə almaq lazımdır.

Ona görə də müharibə ehtimalı azdır və Azərbaycan bu gərginlikdə, geosiyasi proyektlərin içində balanslı siyasət yürütməyə çalışacaq".

Politoloq Tofiq Abbasov ile ilgili görsel sonucu

Politoloq Tofiq Abbasovun bildirdiyinə görə, yeni münaqişə ocaqları, qaynar nöqtələr dünya nizamını pozmağa səbəb olur. Onun fikrincə, beynəlxalq hüquq işləmir:

“Fövqəldövlətlər isə beynəlxalq hüququ əsir götürüblər və özlərinə sərf edən şəkildə bu hüquqdan istifadə, manevr edirlər, beynəlxalq hüququn pozulmasına münasibət bildirmirlər.

Belədə mürtəce qüvvələr fəallaşır, öz işini görür. Necə ki, biz Ermənistanın davranışlarında bunu illərdir görməkdəyik".

Ekspertin sözlərinə görə, Azərbaycan dünyanın siyasi təsisatlarından Qarabağın işğalına hüquqi qiymət verilməsini gözləyir: “İllərdir ki, bu vəziyyət davam edir. Beləcə sürüşkən vəziyyət yaranır və münaqişələr qızışır, yeni ocaqlar yaranır, separatçılıq meylləri alovlanır, yeni istilalar olur. Buna qarşı dünyadakı sağlam qüvvələr səfərbər olmalıdır və vahid cəbhədən çıxış etməlidirlər”.

T.Abbasov 40 ildir Fars körfəzində münaqişə ocağı yarandığını qeyd etdi: “Amerika 1979-da regionda iflas etdikdən sonra İrana kin nümayiş etdirir. Tramp deyir ki, bizim İran xalq ilə problemimiz yoxdur.

Tehran isə bildirir ki, körfəz dövlətləri ilə danışıqlara hazırıq, gəlin birlikdə regionun problemlərini həll edək. İran bununla dünyaya mesaj verir ki, axı, Amerikanın bu bölgədə nə işi var, nə axtarır. Çünki bölgə dövlətləri regionun problemini müzakirə və həll edə bilərlər. ABŞ-a bu regionun nə aidiyyəti var?

Qoy Səudiyyə Ərəbistanı, Bəhreyn, İran və s. körfəz ölkələri bir araya gələrək danışıqlar aparsınlar. Sadəcə, Amerika hegemon qüvvə olduğunu nümayiş etdirir və bəyan edir ki, dünyanın nizamının açarı məndədir".

Siyasi ekspert Elxan Şahinoğlu qəzetimizə prezidentin çıxışını şərh edərkən bir sıra məqamlara diqqət çəkdi. Onun fikrincə, dünyada və bölgədə vəziyyətin gərginləşdiyi göz qarşısındadır:

Image result for elxan şahinoğlu

“İran məsələsi, bizdən uzaq olsa da Şimali Koreya gərginliyi, Ukrayna-Rusiya münasibətləri ortadadır.

Bu münaqişələrin həll yolu tapılmır və dünyada gərginlik yaradır. Qarabağ məsələsi dondurulmuş münaqişə olsa da, gərginlik var. Bu günlərdə mayorumuz şəhid oldu və cəmiyyət tələb edir ki, düşmənə sərt cavab verilsin. Yəni, Avrasiya bölgəsi qaynayır və Suriya prosesi də bitməyib".

Analitikin fikrincə, prezident vətəndaşlara mesaj çatdırır ki, sülh bölgəsində yaşamırıq: “Dövlət başçısı demək istəyir ki, bura Skandinaviya deyil. Ona görə də sabitlik və təhlükəsizlik haqda hər an düşünməliyik. Çünki düşmən atəşkəsi pozmaqda davam edir”.

Bu arada “Bloomberg” agentliyinin yazarı Dennis Rossun şərhinə görə, ABŞ-la danışıqların dəyərini bir neçə on il boyunca şübhə altına alan Xamenei istəmir ki, ölkə vətəndaşları düşünsünlər ki, Vaşinqtona güzəştə gedib.

O, əvvəlkitək hesab edir ki, amerikalılarla danışıqlar “zəhər”dir. İran prezidenti Həsən Ruhani bildirib ki, indiki durum danışıqlara başlamağa uyğun deyil, ona görə də seçimimiz müqavimətdir.

Tramp üçün yeganə önəmli kriteriya budur ki, yeni nüvə sazişi Obamanın imzaladığı nüvə sazişindən yaxşı çıxsın.

Sazişin ən aşkar mükəmməlliyi İran uranını zənginləşıdirməyə məhdudiyyət müddətini uzatmaq ola bilərdi. Məsələn, 2030-cu ilədək məhdudiyyət qüvvəsini 2045-ci ilədək uzada bilərdilər. (Musavat.com)