Lazım gələrsə, Əli Kərimli ilə duelə də çıxacağam - küsülü siyasətçilər

Siyasətçilər hesab edirlər ki, küsülülük anlayışı siyasətdən uzaqdır, ancaq özlərinin küsülü olduqları şəxslər də var...

Tez-tez şou-biznesdə müğənnilərin, sənət adamlarının bir-birilərindən küsülü olmaları ilə bağlı xəbərlər yayılır. Məsələn, son yayılan məlumatlara görə, müğənni Röya Ayxan 21 nəfərlə küsülüdür. Azərbaycanın siyasi cameyəsində də bir-birindən küsən, bir-biriləri ilə mübahisə edən siyasətçilərə rast gəlirik. Xüsusilə də müxalifət düşərgəsində bu cür hallarla bağlı daha çox məlumat yayılır. Müxalifət nümayəndələrindən bir neçəsindən soruşduq. Onlar kiminlə küsülüdür? Siyasətçiyə küsülülük anlayışı nə dərəcədə uyğundur?

AĞ Partiyanın lideri Tural Abbaslı bildirdi ki, dünyada siyasət bir peşədir və peşədə küskünlük yolverilməzdir:

“Küskünlük şəxsi münasibətlər zəminində formalaşan bir əlaqədir. Bu, sadəcə olaraq, emosional bir prosesdir. Ancaq düşünürəm ki, işlə, peşə ilə bağlı küskünlük qeyri-peşəkar yanaşmadır. Siyasət də deyərdim ki, ən məsuliyyətli peşələrdən biridir. Belə olduğu halda isə küskünlüklərin olmaması lazımdır. Ancaq təəssüf ki, Azərbaycanda nəinki yeni, hətta illərdir ki, küskünlüklərini davam etdirənlər var. Bu gün siyasətdə 20-30 ildir küsülü olanlar var.

AĞ Partiyanın lideri Tural Abbaslı ile ilgili görsel sonucu

Hansı ki, bu küskünlüklər nəyiki, öz şəxslərinə, hətta ümumi proseslərə ziyan verir. Dövlətçilik, müxalifətçilik baxımından bu cür küsülü olmalar böyük zərərlər gətirir. Mənim küsülü olduğum kimsə yoxdur. Çünki siyasət peşədirsə, burada peşə, iş kimi yanaşmaq lazımdır. Şəxsi münasibətlərimdə isə dostlarımla küsə, barışa bilərəm. Siyasətdə isə bu cür hal yoxdur. Lakin məndən küsən, inciyən siyasi baxımdan küskünlük saxlayan varsa, bu da onların biləcəyi bir işdir”.

Natiq Cəfərli ile ilgili görsel sonucu

ReAL Partiyasının funksioneri Natiq Cəfərli mövzu ilə bağlı söyləyib ki, şəxsi münasibətlərdə problemlər olur:

“İstər siyasətçilər olsun, istərsə də adi vətəndaşlar. Şəxsi münasibətlərdə problemlərin yaşanması mümkündür. Bunu inkar etmək də doğru olmazdı. Ancaq şəxsi inciklik və şəxsi münasibətlər hesab edirəm ki, siyasi polemikaya təsir etməli deyil. Bu cür hallar hesab edirəm ki, qarayaxma kampaniyasına çevrilməməlidir. Əgər siyasi mübarizədə ideoloji fikir ayrılıqları varsa, bunun şəxsi zəmində deyil, ideoloji zəmində təqdim olunmasına da ehtiyac var. Təbii ki, bir-biriləri ilə şəxsi münasibətlərində problemlər olan, son 20-25 ildə belə problemlərin dəfələrlə üzə çıxdığını siyasətçilər arasında görmüşük. Bütün bunlar şəxsi münasibətlər zəminində olub. Nə siyasi proseslərə, nə ideoloji baxış fərqinə, nə də məsələlərin təhlilinə görə münasibətlərin gərginləşdiyini görməmişik. Kiminsə kimdənsə incikliklərini siyasi səhnəyə gətirmək istəyirlər. Bu, yolverilməz haldır və doğru deyil. Ancaq ümumilikdə hər kəs insandır və şəxsi zəmində də problemlərin yaşanması normal haldır”.

Tez-tez müxtəlif məsələlərlə bağlı qalmaqallara çəkilən deputat Fazil Mustafa müsahibələrinin birində söyləyib ki, hazırda siyasətdə küsülü olduğu kimsə yoxdur.

Onu da qeyd edək ki, siyasətdə Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə ilə onun qardaşı və vaxtilə partiya silahdaşı olmuş politoloq Zərdüşt Əlizadənin illərdir küsülü olması ilə bağlı çoxsaylı xəbərlər yayılıb. Tərəflər isə bu xəbərləri təsdiq və ya inkar etməyiblər...

ADP sədri Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu

Bundan başqa, ADP sədri Sərdar Cəlaloğlu və qardaşı, hazırda mühacirətdə olan qardaşı Qurban Məmmədovun küsülü olduğu bildirilir...

Hafiz Hacıyev Hafiz Hacıyev ile ilgili görsel sonucu

Adı tez-tez qalmaqallarda hallanan siyasətçi Hafiz Hacıyevin isə konkret olaraq danışmadığı şəxslər var. H. Hacıyev bildirib ki, onları bir ömür bağışlaya bilməz:

“Azərbaycanın siyasi partiyalarının əksəriyyətində ”salam-sağ ol"um olduğu adamlar var. Onlarla görüşüb, normal qaydada söhbət edirəm. Düzdür, məni bəyənməyənlər də var. Onların içərisində mənə qarşı kinli olanları da mövcuddur. Bəllidir ki, siyasətdə Hafiz Hacıyevə qarşı kin gəzdirən əsas 3 nəfər var ki, onlar da Kərimli Əli, Həsənli Cəmil və Hacılı Arifdir. Onların da hamısının üzünə həqiqəti dediyimə görə mənə qarşı kin saxlayırlar. Kərimov Əli kimi adamlarla həmişə düşmən olmuşam, axıra qədər də bu, belə olacaq. Lap lazım gələrsə, duelə çıxacağam. Bu adamlarla mənim ulduzlarım barışmaz. Digərləri ilə müzakirələrim olub. Siyasətçinin küsməsinə çox pis baxıram. Çünki siyasətçi arvad deyil ki, hər şeydən küssün. Siyasətçi hər zaman mübarizə aparmalıdır. Siyasətçilər bir-birilərini söyər də, döyər də. Ancaq siyasi meydanda dövlətin maraqlarını qorumaq gərəkəndə hamı bir yerdə olar. Ona görə də siyasətçilərin bir-biriləri ilə küsülü olmalarını normal qarşılamıram. Düşmən olmaq başqa şeydir. Mənim özüm də yuxarıda adlarını çəkdiyim şəxslərlə düşmən kimiyəm və bir yerdə ola bilmərəm. Bu, küsülülük deyil". (“Yeni Müsavat”)