Bakıda 5 müxalif partiya sədri görüşdü - Səbəbi açıqlandı

Pənah Hüseyn: “Bunu müxalifətin yeni birliyi kimi qələmə vermək, digər birliklərlə qarşılaşdırmaq düzgün deyil”

Noyabrın 11-də AXP sədri Pənah Hüseyn, BAP sədri Elşad Musayev, AMİP-in sədr əvəzi Arzuxan Alizadə və AĞ Partiya sədri Tural Abbaslı VHP qərargahında partiyanın sədri Sabir Rüstəmxanlı ilə görüşüb.

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət və əməkdaşlıq məsələləri müzakirə edilib.

AXP sədri Pənah Hüseyn bildirdi ki, bunu yeni birlik və ya paralel birlik kimi dəyəndirmək doğru deyil. Onun sözlərinə görə, ilk dəfə deyil ki, VHP qərargahında görüş keçirilir və müzakirələr aparılır: “Bir neçə ay qabaq ”köklü islahatlarla dəyişikliyə doğru" platformasında görüş keçirilmişdi. Orada Sabir bəy də iştirak etmişdi.

Növbəti görüş bu formatın davamıydı. Həmin prosesin nəticəsi olaraq sənədin imzalanması istiqamətində iş gedirdi. Bu barədə də görüşdə söhbətimiz oldu. Amma bunu müxalifətin yeni birliyi kimi qələmə vermək, digər birliklərlə qarşılaşdırmaq düzgün deyil".

Pənah Hüseyn: ile ilgili görsel sonucu

Pənah Hüseyn: “Bunu müxalifətin yeni birliyi kimi qələmə vermək, digər birliklərlə qarşılaşdırmaq düzgün deyil”

O, davamlı təmasların olacağını istisna etmədi: “Subyektiv fikrimdir ki, demokratik qüvvələrin və siyasi müxalifətin birgə əməkdaşlığına prioritet vəzifə kimi baxılır. Eyni zamanda funksional əməkdaşlıq da razılaşdırıla bilər. Bu platformada Aydınlar Partiyası, AXDP, BAXCP, BQP, MDP də iştirak edir. Yenə qeyd edirəm ki, bunu yeni birlik kimi təqdim etmək, digər birliklərə qarşı qoymaq doğru olmazdı”.

Görüş iştirakçısı Tural Abbaslı isə bildirdi ki, 5 partiya sədrinin belə formatda toplanması yeni təşəbbüs deyil.

Onun sözlərinə görə, bir müddət əvvəl “Köklü islahatlarla dəyişikliyə doğru” dəyirmi masası təşkil edilmişdi və həmin tədbirdə bir çox partiyalar iştirak etmişdilər: “Həmin toplantıda ölkənin islahatlarla demokratik dövlətə çevrilməsi müzakirə olunmuşdu və ortaya sənəd qoyulmuşdu. Bu görüş həmin formatın davamıdır. Gələcəkdə əməkdaşlıq məsələləri, ”köklü islahatlarla dəyişikliyə doğru" sənədin rəsmiləşdirilməsi müzakirə edildi. Digər partiyalarla da görüşlərimiz gözlənilir".

Tural Abbaslı ile ilgili görsel sonucu

Tural Abbaslı: “Əgər müxalif partiyaların fikirləri üst-üstə düşərsə...”

T.Abbaslı hesab edir ki, müxalifətin bu formatda yeni birliyi istisna deyil: “Hazırda məsləhətləşmələr aparılır. Niyə də olmasın?

Əgər müxalif partiyaların fikirləri üst-üstə düşərsə, seçkidə və yaxud siyasi addımlar atılmasında bir Məşvərət Şurası yarana bilər.

Bunu indidən demək çətindir. Lakin ehtimal var və bizim partiya da birgə hərəkət etməkdə, əməkdaşlıqda maraqlıdır". (Musavat.com)

AzNews.az