Ata Abdullayev adlı şəxs nə diplomatik, nə də xidməti pasporta sahibdir Ata Abdullayev adlı şəxs nə diplomatik, nə də xidməti pasporta sahibdir

XİN-dən Ata Abdullayevlə bağlı açıqlama: “Bu şəxs…”

Ata Abdullayev adlı şəxs nə diplomatik, nə də xidməti pasporta sahibdir

Ata Abdullayevin diplomatik pasportunun olması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.

Bu sözləri axar.az-a eksklüziv açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bloger Ata Abdullayevin diplomatik pasportu olması ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib.

O bildirib ki, Ata Abdullayev adlı şəxs nə diplomatik, nə də xidməti pasporta sahibdir:

“Bu şəxs üçün nə diplomatik, nə də xidməti pasport rəsmiləşdirilib”- L.Abdullayeva söyləyib.

Qeyd edək ki, sosial şəbəkələrdə İtaliyanın Milan şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanın olduğu kilsəyə getməsi və ona qeyri-peşəkar və savadsız sual ünvanlaması ilə ölkədə ciddi tənqidlərə tuş gələn A.Abdullayevin diplomatik pasporta sahib olduğu haqda iddialar səsləndirilib.

AzNews.az