MSK Naqif Həmzəyevin dairəsini ARAŞDIRACAQ

Müraciət barədə MSK üzvü İlkin Şahbazov məlumatı səsləndirib

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə daxil olan müraciətə baxılıb.

AzNews.az xəbər verir ki, müraciət barədə MSK üzvü İlkin Şahbazov məlumatı səsləndirib.

O qeyd edib ki, şikayətçilər həmin dairədən qeydə alınmış namizədlər Eldar Aslanov və Arzu Məlikovdur.

Komissiya üzvü daxil olan müraciət əsasında araşdırılma aparıldığını və 14, 24 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən halların qeydə alındığını bildirib. İlkin Şahbazov 38 saylı seçki dairəsi üzrə 14 və 24 saylı sçeki məntəqələrinin nəticələri ləğv edilməsini təklif edib.

MSK sədrinin katibi Rövzət Qasımov və MSK katibi Mikayıl Rəhimov isə şikayətin təmin edilməməsini tələb ediblər. Onlar adı çəkilən məntəqələr üzrə sənədləri daha yaxşı araşdırmağa ehtiyac olduğunu diqqətə çatdırıblar.

Yekunda MSK-nın ekpert qrupunun rəyi ilə şikayətçilərin müraciəti təmin edilməyib.

Dairə Seçki Komissiyasının qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, həmin dairədən lider namizəd Naqif Həmzəyevdir.