Seçkidə qalib gələn siyasi partiya həm Parlamenti formalaşdırır, həm də höküməti. Cəmiyyətdə çoxpartiyalılıq birbaşa dövlətin güclənməsində yaxından iştirak edir. Seçkidə qalib gələn siyasi partiya həm Parlamenti formalaşdırır, həm də höküməti. Cəmiyyətdə çoxpartiyalılıq birbaşa dövlətin güclənməsində yaxından iştirak edir.

"Konstitutsiya dəyişikliklərinin olması günün tələbidir" - Niyaməddin Orduxanlı

Seçkidə qalib gələn siyasi partiya həm Parlamenti formalaşdırır, həm də höküməti. Cəmiyyətdə çoxpartiyalılıq birbaşa dövlətin güclənməsində yaxından iştirak edir.

Bir neçə gündür ki, Azərbaycanın tanınmış partiya sədrləri, millət vəkilləri Azərbaycanda proporsional seçki sesteminin bərpa olunmasının vacibliyindən danışırlar. Ölkənin bir sıra media orqanlarına bununla bağlı açıqlamalar verirlər. AzNews.az bununla bağlı xəbər verir ki, "Moderator.az" saytına açıqlama verən BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib ki, uzun illərdir ki, bizim partiya həm ölkədə islahatların dərinləşməsi və həmçinin də Milli Məclisin təkmandatlı seçki sistemi ilə yanaşı prorporsional seçki sistemi ilə formalaşmasının vacibliyin bildirir:" BAXCP hər zaman Azərbaycanda proprsional seçki sesteminə keçidin vacibliyini qeyd edir. Bununla bağlı partiyamız bir necə il bundan ömcə Parlamentə qanun layihəsi də təklif edib. Bu gün bir daha sübut olunur ki, ölkəmizdə siyasi sistemin inkişafı üçün, demokratik prinsiplərin dərinləşməsi və inkişafı üçün, o cümlədən mülki cəmiyyətin formalaşması, oturuşması üçün qanunverici orqanda çoxpartiyalı sistemə böyük ehtiyac var. Bu gün inkişaf etmiş ölkələrə baxın. Avropaya, Amerikaya, həttə Rusiya baxın, hər bir ölkədə çoxpartiyala quruluş yaradılıb. Seçkidə qalib gələn siyasi partiya həm Parlamenti formalaşdırır, həm də höküməti. Cəmiyyətdə çoxpartiyalılıq birbaşa dövlətin güclənməsində yaxından iştirak edir. Qafqazda yalnız Azərbaycanda proporsional seçki sestemi tətbiq olunmur. Uzun illər qabaq həm Gürcüstan, həm də Ermənistdan bunu keçid edib. 1918-ci ildə Azərbaycan öz müstəqliyini elan edəndə də, ADR Parlametli Respublika formasında yaratmışdılar."

Niyaməddin Orduxanlının sözlərinə görə, Azərbaycan Konstitusiyasında təsbit olunub ki, hər 5-ci ilin noyabr ayında parlament seçkiləri keçirilməlidir. Ancaq bu ilin fevral ayında növbədənkənar parlament seçkilərini keçirildi. Ortada ziddiyyətli məqam var və bu məqam aradan qaldırılmalı, Konstitusiyaya dəyişiklik edilməlidir. Konstitusiyaya da dəyişiklik ancaq referendum yolu ilə mümkündür. Son günlər ölkənin tanınmış partiya sədrləri, millət vəkiləri, vətəndaş cəmiyyətin rəhbərləri də bununla bağlı öz fikirlərini qeyd edirlər. Proposional seçki sesteminə keçidlə bağlı mütləq referendum olmalıdır. Hətta millət vəkilərinin sayının artırılması məsələsi də gündəmdədir. 7 milyon olduğumuz dövrdə də 125 millət vəkilimiz olub. Bu gün 10 milyondan artıq olduğumuz zamanda 125 millət vəkili fəaliyyət göstərir. Bu da doğru deyil. Düşünürəm ki, bu gün hər kəs yaxşı başa düşür ki, konstitutsiyaya dəyişikliklərin olması günün tələbidir. "

BAXCP sədrinin müavini ölkə Prezidentinin mart ayının 10-da Milli Məclisdə söyləmiş olduğu nitqində də çoxpartiyalı sistemin inkişafın vacibliyinə də diqqət ayırıb:" Cənab Prezident İlham Əliyev 6 çağrış Milli Məclisin ilk iclasında da bu məsləyə xüsus diqqət ayırdı. Bu həm də ölkə rəbəhərinin siyasi iradəsi idi. Tarixdə ilk dəfə olaraq Parlamentdə müxalifəti təmsil edən şəxslərin Milli Məclisin rəhbərliyində təmsil olunması da çox müsbət addımdır. Burada söhbət həm də siyasi sistemdə çoxpartiyalılığın yerinin və rolunun artırılması ilə bağlı mühüm fikirlər yer aldı. Dövlət başçısının atmış olduğu addımlar daha çox perspektivə və strategiyaya hesablanmışdır. Düşünürəm ki, çoxpartiyalı sistemə keçidlə bağlı addımın davamı gələcək. Uzun illərdi bir partiya kimi təklif etdiyimiz , bu, məhz qarışıq seçki sisteminin yaradılması ilə təsbit oluna bilər. Yəni, majoritar da qalır, eyni zamanda, majoritarla bərabər proporsional seçki sistemi də tətbiq olunur. Həmçinin, millət vəkillərinin sayı da artırıla bilir. Çox təəssüflə qeyd etmək istəyirəm ki, bu gün parlamentdə fraksiya yaratmaq mümkün olmayıb. Bunun səbəbi də müxalifə nümayəndlərinin 25 nəfər seçilməməsidir. Məncə, bütün bunların aradan qaldırılması üçün refenduma gedib, konstitutsiya dəyişikliklər olunmalıdır."