Fazil Mustafadan Gültəkin Hacıbəyliyə: “14 yaşı olub”

"Gültəkin xanım bir az da böyüsə deyəcək ki..."

“Yenicə təyin olunan bir icra başçısının 8 yaşında olanda xalq cəbhəsinin törətdiyi əməllər barədə uzaqgörən çıxışını müzakirə edənlər deyəsən unudublar ki, o zaman, yəni Bakı Dövlət Universitetində tələbə hərəkatı başlayanda Gültəkin Hacıbəylinin də 14 yaşı olub”.

AzNews.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa detib. O, bildirib ki, Hacıbəyli yaşından bir az irəli gedərək Milli Şuranın iclasında çıxış edərkən bildirib ki, Fazil Mustafanı və başqalarını hərəkata Əli Kərimli gətirib:

“Bu balaca uşaqlar yaxın tarixi deyəsən yaxşı oxumayıblar, 80-ci illərin gizli təşkilatlarından, "Çənlibel" birliyindən, Səttarxan zavodundakı hərəkatdan xəbərləri olmayıb. Gültəkin xanım bir az da böyüsə deyəcək ki, 1918-ci ildə parlamentin binasında üçrəngli bayrağımızı da yeni tapındığı lideri qaldırıb.

Ancaq etiraf edim ki, indi Milli Şuranın ZOOMağazasında böyük-böyük və boş-boş danışan bu cür bəsirətsiz adamları o vaxt gərək Əbülfəz bəylə tanış etməyəydim, xalq hərəkatına qoşmayaydım. Bəlkə də daha yetkin bir təşkilat formalaşdırmaq olardı”.