Hüquqi sənədin Ermənistana aidiyyatı yoxdur Hüquqi sənədin Ermənistana aidiyyatı yoxdur

Putinin Azərbaycandan əsas istəyi nədir? - ŞƏRH

Hüquqi sənədin Ermənistana aidiyyatı yoxdur

“Bakının sülhməramlıların statusunu hüquqi cəhətdən möhkəmləndirməməsi Moskvanı narahat edir”.

AzNews.az xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov qeyd edib.

O bildirib ki, Rusiyanın əsas istəyi sülhməramlıların statusu ilə bağlı Azərbaycan tərəfi ilə hüquqi sənədin imzalanmasıdır:

“Bu vaxta qədər rəsmi Bakı rus sülhməramlılarının Azərbaycan torpaqlarındakı missiyası ilə bağlı hüquqi sənədlərdən kənar dayanaraq, şərtlərinə əməl olunmasını gözləyib. Sülhməramlılar bizim ərazimizdə olduğundan hüquqi sənədin Ermənistana aidiyyatı yoxdur”.

Səidə

AzNews.az