“Nazirlər həbs olunmuş nazirlərdən ciddi nəticə çıxartmalıdılar” - Partiya funksioneri

Niyaməddin Orduxanlı: "Prezident məmurların övladlarının özbaşınalığına da toxunub"

“Prezident İlham Əliyevin bəzi nazirlərə, məmurlara qarşı etdiyi çıxışı və xəbərdarlıqları xalq tərəfindən çox böyük dəstəyə səbəb olur. Biz bunun sosial şəbəklərdən açıq görə blirik. Yüz minlərlə, milyonlarla insan Prezidentin səmimi şəkildə çıxışını təqdir edir və dəstəkləyir. Prezidentin məmurlara qarşı bu cür çıxışları ilk dəfə deyil”- bu açıqlamanı “Aznews.az” saytına BAXCP sədrinin müavini, QHT sədri, politiloq Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev hər zaman məmurlara yönəlik çıxışlar etməkdədir:”10 gün bundan qabaq Sumqayıt şəhərində sənaye zavodunun açlışında da bir sıra məmurların fəaliyyəti ilə bağlı ciddi narazılığını ifadə etmişdi. Dəfələrlə bu istiqamətdə kəskin etirazını bildirib və hər zaman məmurlara xatırladıb ki, sizə ona görə etimad göstərilir ki, birbaşa xalqa xidmət etməlisiniz və xalqın qulluqçusu olmalısınız. Heç kimin toxunlmaz statusu yoxdur. Hətta Prezident məmurların övladlarının özbaşınalığına da toxunub. Və bundan sonra bir çoxlarını işdən azad edib, məhkəmə yolu ilə cəzalandırılanlar da var. Bütün bunların əsasında həmçinin ölkə rəhbərinin korrupsiya ilə mübarizə istiqaməti durur və təbii ki, təqdir olunası haldır.”

Niyaməddin Orduxnlı son günlər hüquq- mühafizə orqanlarının, xüsusən Dövlət Təhlükəsizlik Xidmətinin korrupsiya ilə qarşı apardığı mübarizə istiqamətinə də toxunub: "Əlbəttə çox müsbət yanaşıram. Söhbət iri həcmli korrupsiya faktlarından gedir. Artıq həbs qətimkan seçilən şəxslərin milyonlarla vəsaitin mənimsənilməsi və oğurlanması, vergidən yayınması istiqamətində rəsmi açıqlamalar yayılır. Bu rəsmi orqanların ilkin açıqlamalarında öz əksini tapır. Vəzifəsindən və mövqeyindən istifadə edib büdcə talaçılığına yolvermiş şəxslər bütün hallarda qanun qarşısında cavab verməlidilər. Xalqın vəsaitini bu dərəcə oğurlamaq və özünü toxunulmaz statuslu bir kimi hiss etmək qəbuledilməzdirr. Biz bir partiya olaraq hər zaman hakmiyyəti köklü islahatların daha da sürətlə aparmasını təklif etmişik və aparılan islahatları birmənalı dəstəkləmişik. BAXCP ölkədə konstitutsion islahatların, məhkəmə sistemində, idarəcilik və bələdiyyə orqanlarında əsaslı və fundamental islahatların dəstəklədiyini bəyan edib. Artıq işğaldan azad olunmuş ərazilərə Prezidentin xüsusi nümayəndələrinin təyin olunmasını görürürük və bu Azərbaycanda yeni institunun formalaşmasının əsasını qoyur. Belə olan halda yerli icra orqanlarının səlahiyyətləri minumumu yendirilməlidir. Bələdiyyələrin səlahiyyətləri artırılmlıdır.Qardaş Türkiyə dövlətindəki olduğu kimi. Modern idarəetmə sisteminə keçid baş verməlidir. Əks halda bu gün görülən işlər müəyyən dövr üçün yetərli ola bilər. Ancaq zaman keçdikdən sonra yenidən əyriyolların, korrupsiya hallarının baş qaldırması baş verə bilər. Xüsusən də iri həcmli korrupsiya halları baş verə bilər. Sistemli ishlatlar isə bütün bunların qarşısını almaq üçün çox önəmli faktor rolunu oynaya bilər. BAXCP bu cür islahatların tərəfdarıdır.” Politoloqun fikirincə, keçmiş nazirlərin və bəzi məmurların həbsi bir çoxları üçün dərs olmalıdır:” Ümumiyyətlə korrupsiya ilə mübarizə bütün inkişaf etmiş ölklərinin proritet istiqamətlərindən biridir. Həmçinin də Azərbaycanın. İndiki nazirlər keçmiş nazirlərdən dərs almalıdılar. Necə deyərlər, gözü çıxmış qardaşlarından nəticə çıxartmalıdılar. Görməlidilər ki, xalqın vəsaitini oğurladınsa, gec-tez, bir gün cavab verməli olursan. Prezident İlham Əliyevin bu yönümdə apardığı siysətə xalq böyük dəstək verməlidir. Bizim dövlətin inkişafının əsasında bir daha qeyd etmək istəyirəm, bu amil böyük rol oynayır. Hər bir xalqın özünün inkişaf indeksi var və xalqın böyük dəstəyi olmadan hər hansı bir ciddi uğura imza atmaq mümkün deyil. İctimai nəzarətin rıcaqlarını artırmalıyıq. Medianın, vətəndaş cəmiyyətinin, siyasi partiyaların, Milli Məclisin hökümətə nəzarət imkanlarını genişləndirməklə, aparılan islhatların çox böyük nəticəsi ola bilər. Başqa alternativ variantımız yoxdur.”

BAXCP sədrinin müavini işğaldan azad olunmuş ərazilərdə bütün məsələlərin düşünülmüş, planlı şəkildə, ardıcıllıqla, ən yüksək müasir standartlar nəzərə alınmaqla həyata keçirilməsi barədə fikirlərinin təbliğinin önəmindən də danışıb:”Azad edilmiş torpaqların bərpası ilə bağlı Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri hörmətli Samir Nuriyev rəhbərlik edir. Bütün təkliflər, təşəbbüslər ora göndərilməlidir. Razılaşdırılmadan işğaldan azad olunmuş ərazilərdə nümayəndəliklərin açılacağı barədə bəyanatlar özbaşınalıqldır və yolverilməzdir. Necə ki, İlham Əliyev özbaşına çıxış edən Elman Rüstəmova öz yerini göstərdi. Bu adam 30 ildir Milli Bankın rəhbəri işləyir. Bu, 30 ildə Azərbaycanda 30-dan artıq bank bağlanıb. Bu adamın işi bankların bağlanmasından başqa nə olub ki?! Banklara dəstək olmaq əvəzində, əksinə sıradan çıxarılmasında sanki maraqlı görünüb. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə qayıdışdan əvvəl görüləsi işlərin ardıcıllığını təmin edir. Minalardan təmizləmə, işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi, infrastruktur layihələrinin icra edilməsi, sosial obyektlərin tikilməsi, yaşayış üçün şərait yaradılması, evlərin tikilməsi. Azərbaycan Prezidenti tərəfindən işğaldan azad olunmuş ərazilərdə yaradılmış xüsusi idarəetmə strukturunun mahiyyəti, məqsədi, bu modelin bütün neqativ halların qarşısının alınması, səmərəli və operativ idarəetmə həyata keçirilməsi məsələsində üstünlüklərinin əsasını qoycaq. Şuşa şəhərinin xüsusi plan əsasında bərpası, onun təkcə Azərbaycanın mədəniyyət mərkəzi deyil, eləcə də regionun və dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilməsi konsepsiyasının mahiyyəti üzrə şərh olunmalıdır. Təsadüfü deyil ki, Prezident bu il Şuşada bir sıra beynəlxalq festivalların keçrilməsi ilə bağlı göstərişlər verib. Bizim məqsədimiz dünyaya Şuşanın necə Azərbaycan torpağı olması canlı şəkildə dünyaya göstərməkdir. Həmçinin də , işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyət və erməni vandallığı haqqında dünya ictimaiyyətinə əyani sübut etmək olacaq.