Tərəflər “Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsü” ilə bağlı müzakirə aparıblar Tərəflər “Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsü” ilə bağlı müzakirə aparıblar

Ermənistan və Gürcüstanın Baş nazirləri İrəvanda görüşüb

Tərəflər “Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsü” ilə bağlı müzakirə aparıblar

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistana səfər edib.

Aznews.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

İ. Qaribaşvili Ermənistana işgüzar səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Tərəflər “Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsü” ilə bağlı müzakirə aparıblar.

Qeyd olunub ki, Cənubi Qafqaz ölkələri ilə yanaşı beynəlxalq tərəfdaşların da iştirak edəcəyi yeni sülh formatı yaxşı qonşuluq perspektivləri ilə bağlı müzakirələri asanlaşdıracaq.

İ. Qaribaşvili Gürcüstanın bölgədə sülh, sabitlik, həmçinin regionun tədricən yeni imkanlar, inkişaf və sülh regionuna çevrilməsini təmin etmək məqsədi ilə aktiv vasitəçilik rolunu davam etdirməyə hazır olduğunu bir daha vurğulayıb.