YAP Yevlax rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu il dönümünə həsr olunmuş “Uğurlu inkişafın 29-ili: YAP 1992-2021”mövzusunda tədbir keçirilib YAP Yevlax rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu il dönümünə həsr olunmuş “Uğurlu inkişafın 29-ili: YAP 1992-2021”mövzusunda tədbir keçirilib

Uğurlu inkişafın 29-ili: YAP 1992-2021”mövzusunda tədbir keçirilib

YAP Yevlax rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu il dönümünə həsr olunmuş “Uğurlu inkişafın 29-ili: YAP 1992-2021”mövzusunda tədbir keçirilib

AzNews.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə qızılgül dəstələri düzüblər.

Müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı,YAP Yevlax rayon təşkilatının sədr səlahiyyətlərini icra edən İlham Məmmədov Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə partiyanın təmsilçilərini təbrik edib. Ulu Öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının zamanın çətin sınağından keçib,tarixi zərurətdən yaranmasından geniş bəhs edən İlham Məmmədov partiya təmsilçilərinin Partiyanın sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin ətrafında sıx birləşdiyini, məhz bu siyasətin gələcəkdə də Azərbaycanı uğurlu inkişafa doğru aparacağını qeyd edib.

Tədbir çərçivəsində Yeni Azərbaycan Partiyasının 29-cu ildönümü ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu günə qədər keçdiyi şərəfli yoldan, xalqımızın azərbaycançılıq məfkurəsi ətrafında birləşməsini təmin edən Ulu Öndər Heydər Əliyevin ideyalarından söhbət açıb, Azərbaycanın 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli,güclü iradəsi və Ordumuzun rəşadəti nəticəsində işğala sona qoyan möhtəşəm Qələbəsindən danışdı.
Tədbirdə çıxış edən YAP fəalı Vahid Quliyev,Yevlax Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev,Vətən müharibəsi qazisi Orxan Hüseynov Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazda ən nüfuzlu hakim partiya kimi güclü siyasi fəaliyyətindən danışaraq, onun gələcək hədəflərindən, Azərbaycanın parlaq Qələbəsindən və Ölkəmizin tərəqqisi naminə Prezident İlham Əliyevin həyata keçirdiyi geniş islahatlardan bəhs ediblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü və partiyadakı ictimai- siyasi fəaliyyətlərinə görə bir sıra şəxslər YAP Yevlax rayon təşkilatının fəxri fərman və hədiyyəsi ilə mükafatlandırılıb.

image description