Özbəkistan XİN məlumat yayıb Özbəkistan XİN məlumat yayıb

Özbəkistan XİN Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Özbəkistan XİN məlumat yayıb

Özbəkistan Xarici İşlər Nazirliyi Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib.

Aznews.az xəbər verir ki, bu barədə Özbəkistan XİN məlumat yayıb.

“Biz diplomatik nümayəndəliklərin üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan hər hansı hərəkəti qətiyyən yolverilməz hesab edirik.

Biz bu hadisənin hərtərəfli araşdırılmasına və bütün əli olanların məsuliyyətə cəlb edilməsinə çağırırıq.

Özbəkistan tərəfi xaricdəki vətəndaşlarının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsində qardaş Azərbaycana dəstəyini ifadə edir”, - məlumatda deyilir.