Ədalət Vəliyev müxalifət partiyasının funksioneri ilə görüşdü

Bu gün Prezident Administrasiyasında, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin üzvü Natiq Cəfərli arasında görüş keçirilib.

Azpost.info bildirir ki, bu barədə REAL Partiyası məlumat yayıb.

Söhbət zamanı ölkədəki siyasi-ictimai vəziyyət və qanunvericilik prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, dialoqun inkişaf etdirilməsinin vacibliyi bir daha qeyd olunub.