“Heç kim “Düşün məni” Elvin kimi təsəvvür etmir” “Heç kim “Düşün məni” Elvin kimi təsəvvür etmir”
  • Hadisə
  • 18 Dekabr 2018 16:27
  •  5 263

“Onsuz da o, məni düşünür...” - Gənc müğənni ilə “30 altı” layihəsində

“Heç kim “Düşün məni” Elvin kimi təsəvvür etmir”

AzNews.az-ın “30 altı” layihəsində bu dəfə gənc müğənni Elvin Mirzəzadə ilə söhbətləşdik.

- Neçə yaşınızdan oxuyursunuz?

- Demək olar ki, uşaqlıqdan oxuyuram. Amma sırf professional səhnəyə “Yeni ulduz” dan başlamışam.

- Çoxları sizi “Yeni Ulduz”- dan musiqiləri fərqli formalarda oxuyan biri kimi tanıyır.

- Əksini deyərdim mən. Düşünürəm ki, “Yeni ulduz”da “Can cana” nı cover versiyada təqdim edib məşhurlaşan Elvini heç kim “Düşün məni” Elvin kimi təsəvvür etmir.

- Mahnılarınız içində ən çox bəyəndiyiniz hansıdır?

- Ən bəyəndidim, sevdiyim mahnım “Düşün məni”, sonra digər mahnılar.

- Bəs gerçək həyatda “Düşün məni” dediyiniz biri var?

- Onsuz da o, məni düşünür. Nəsə deməyimə ehtiyac yoxdur.

- Bir neçə həftənin içində yeni mahnılarınız “youtube” də rekord baxış sayı toplayır. Buna səbəb səsinizdir, yoxsa…

- Deməzdim. Bəlkə də adıma görə maraqdan izləyirlər. Nə bilim.

- Müxtəlif dillərə tərcümə edilərək oxunan mahnılarınız var. Bu haqda nə deyə bilərsiniz?

- Bəli. Müxtəlif mahnılarım müxtəlif dillərdə, ölkələrdə səslənir.

Məsələn, “Günahkaram” adlı mahnım iranlı müğənni tərəfindən oxunur, “Düşün məni” Özbəkistanlı və Türk müğənniləri tərəfindən, “Gəl” mahnısı farslar tərəfindən oxunur. “Sus” adlı mahnım da bu yaxınlarda Qazaxıstanda səslənəcək.

- Sənətdən əlavə hansı maraqlarınız var?

- Maraqlarım arasında kənd təsərrüfatı işləridir. Əyləncə olaraq isə film izləməyi deyərdim.

- İstirahətə vaxt ayıra bilirsiniz?

- Son 3-4 ayda demək olar ki, istirahətə vaxt tapa bilmirəm.

Səidə Nurməmmədli
AzNews.az