Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, tarixçi alim Musa Qasımlı “Yaxın plan” layihəsində Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, tarixçi alim Musa Qasımlı “Yaxın plan” layihəsində
  • Hadisə
  • 21 Dekabr 2018 16:59
  •  5 905

Ermənistan rəhbərliyi rus xalqına və Rusiyaya nifrət edir - Musa Qasımlı

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, tarixçi alim Musa Qasımlı “Yaxın plan” layihəsində

Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?

Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan insanlarla “Yaxın plan” layihəsi altında müsahibələr təşkil edir. Məqsədimiz, ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.

Bu dəfəki müsahibimiz Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, tarixçi alim Musa Qasımlıdır.

  • Musa bəy, cənab prezident son çıxışında bildirdi ki, gələn il Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün əlverişli vaxt olacaq. Siz nə düşünürsünüz?

- Cənab Prezidentin fikirlərinin ciddi əsasları var. Çünki son illərdə Azərbaycan dövləti bütün sahələrdə xeyli güclənib, qüdrəti artıb və beynəlxalq mövqeləri möhkəmlənib. Bütün bunlar işğala son qoyulması üçün dövlətimizin həm diplomatik mövqelərini möhkəmləndirir, həm də digər variantlar üçün müəyyən əlverişli şərait yaradılmasına təsir edir.

  • Prezident eyni zamanda bəyan etdi ki, öz təcrid siyasətimizi davam etdirəcəyik. Bu da Ermənistan iqtisadiyyatına zərbə vuracaq məsələdir. Məsələni bu konstekstdən necə şərh edərdiniz?

  • Ermənistan Azərbaycana qarşı hərbi təcavüz etməklə və ərazilərini işğal etməklə indiki vəziyyətə özü-özünü düşürüb. Bu gün Ermənistan dilənçi bir ölkə halındadır. Əgər təcavüz və işğal olmasaydı, Ermənistan Azərbaycanla əməkdaşlıq hesabına yaxşı yaşayardı. Ermənilərin ağır vəziyyətinin səbəbi Ermənistan rəhbərliyinin siyasətindədir. Azərbaycanın yürütdüyü təcridçilik siyasəti Ermənistanı daha rəzil vəziyyətə düşürəcək.

  • Bilirsiniz ki, Ermənistan KTMT-də rüsvayçılıqla üzləşdi. Paşinyanın qeyri-etik mövqeyi KTMT ölkələri tərəfindən birmənalı qarşılanmadı. Sizcə, Ermənistan Paşinyanın bu ərköyün siyasəti ilə hara qədər gedə biləcək?

  • Paşınyan əslində ərköyün deyil, siyasət və diplomatiyadan xəbəri olmayan və küçədən hakimiyyətə zorla gəlmiş birisidir. O, MDB toplantılarında layiq olduğu ilk cavabları aldı. Davam edəcəyi təqdirdə daha gülünc vəziyyətə düşəcək.

  • Bildiyiniz kimi, Ermənistanda seçkilər keçirildi. Kifayət qədər saxtakarlıqlar oldu. Sizcə, bundan sonra küçədə Paşinyanı dəstəkləyən kütlə kabinetdə də onu dəstəkləyəcəkmi?

  • Demokratiya, demokratik seçki və Ermənistan məfhumları tamamilə tərs mütənasibdir. Ermənistanda seçkilər heç bir zaman azad, ədalətli, şəffaf, demokratik olmayıb, xalqın iradəsini əks etdirməyib. Paşinyan bunu bir daha təsdiq etdi. Ermənilərdə küçə ab-havası az sonra keçib gedəcək və onlar bu dəfə Paşinyanı süpürüb atacaq. Ermənistanda böhran daha da dərinləşəcək.

  • Ermənistan əgər bundan sonra seçim qarşısında qalsa, Qərb və Rusiya arasında kimi seçəcək?

  • Ermənistan rəhbərliyi və dairələri rus xalqına və Rusiyaya nifrət edirlər. Onlar Rusiyanın ayaqlarının altını qazırlar və istənilən anda Moskvanın kürəyinə xəncər sancmağa hazırdırlar. Əlverişli şəraitin yaranmasını gözləyirlər.

  • Bu ərəfələrdə Koçaryan da həbs olundu. Necə düşünürsünüz, bu həbsin seçkilərlə əlaqəsi var idimi?

  • Köçəryanın həbsinin seçkilərlə müəyyən bağlılığı olsa da, bu hadisə Ermənistanda klanlararası mübarizənin təzahürlərindən biridir. Ancaq o, hakimiyyətə qanunsuz gəlmiş, qatı cinayətlər törətmiş, qanlar tökmüş birisidir.

  • Paşinyan məsuliyyətdən yayınaraq Qarabağ problemini Qarabağ "rəhbərliyi"nin üzərinə atır. Bununla belə öz sələfi Sarkisyan kimi arada sərsəm bəyanatlar səsləndirir. Bəs, doğrudanmı, Paşinyan bu məsələlərdə təsirsiz obrazdır?

  • Paşinyanın bütün bu tipli bəyanatları məsuliyyəti öz üzərindən atmaq və qondarma qurumu danışıqlarda tərəf kimi tanıtmaq, əslində status məsələsini öncədən həll etməkdir. Ancaq soruşulur: Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan ermənilərin əraziləri işğal etmək üçün ordu təşkil etməkdən ötrü insan potensialı, iqtisadi-maliyyə gücü, hərbi-sənaye kompleksi varmı? Paşinyanın oğlunun Azərbaycan ərazisində hərbi xidmət keçməsinin adı nədir? Ermənistan beynəlxalq hüquq normalarını pozan təcavüzkar və işğalçı ölkədir.

  • Ümumiyyətlə, Paşinyan Qarabağla bağlı öz ritorikasında qalacaqmı, yoxsa dəyişiklik edəcəkmi?

  • Paşinyan səhər bir söz, günorta başqa söz, axşam isə tamamilə başqa bir söz deyəndir. Beləsindən hər şeyi gözləmək olar.

Pərvanə Ağazadə

AzNews.az