Azərbaycançılıq və Qarabağçılıq ideologiyasına tapınan millətin qarşısında heç kim duruş gətirə bilməz Azərbaycançılıq və Qarabağçılıq ideologiyasına tapınan millətin qarşısında heç kim duruş gətirə bilməz
  • Hadisə
  • 15 Oktyabr 2019 17:09
  •  8 391

"Azadinform": Azərbaycan heç vaxt indiki kimi güclü olmayıb – 16 illik fəaliyyət

Azərbaycançılıq və Qarabağçılıq ideologiyasına tapınan millətin qarşısında heç kim duruş gətirə bilməz

“Cənab Prezidentin özünün işlətdiyi bir ifadə var ki, Azərbaycan heç vaxt indiki kimi güclü olmayıb. Bəli, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyət göstərdiyi bu 16 illik müddətdə həqiqətən də dövlətimiz elə bil hala gəlib çatdı ki, Azərbaycan heç vaxt indiki kimi güclü olmayıb”.

Bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev Prezident İlham Əliyevin ölkə başçısı seçilməsindən 16 il ötməsi barədə danışarkən deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan nəinki indiki qədər güclü olmayıb, həm də regiondakı digər dövlətləri də heç vaxt bu dərəcədə kölgədə qoymayıb:

“Azərbaycanın iqtisadiyyatı, müdafiə potensialı heç vaxt indiki kimi güclü olmayıb. Azərbaycan vətəndaşı heç zaman Azərbaycanın təbii sərvətlərindən indi faydalandığı qədər faydalanmayıb”.

Azərbaycanda milli birlik heç bir zaman indiki qədər yüksək səviyyədə olmayıb. Sadəcə bir fakta istinad etmək istəyirəm. Digər region və postsovet ölkələrində keçmiş prezidentlərə olan yanaşmanı da görürük, bizdə Azərbaycana rəhbərlik etmiş keçmiş dövlət başçılarına olan yanaşmanı da. Bunun özü də bir növ milli birliyin elementidir.

S. Alıyev əlavə edib ki, dünya azərbaycanlıları heç vaxt bugünkü qədər yüksək potensial ortaya qoymayıb:

“Bu da birbaşa doğma vətənlərindən aldıqları implus və dəstəklə bağlıdır. İndi hətta azərbaycanlı qızlarımız, Avropada parlamentdə təmsil olunurlar. Rusiyada federal və regional hökumətlərdə, bir sıra regional parlamentlərdə Azərbaycanın təmsilçiləri var. Digər dövlətlərdə azərbaycanlılar var ki, ayrı-ayrı şəhərlərin idarəçiliyində təmsil olunurlar. Azərbaycan vətəndaşı heç vaxt indiyə kimi öz vətəni ilə, azərbaycanlı olması ilə bu qədər fəxr etməyib. Mən sadəcə regiondakı kiçik dövlətləri götürmürəm, postsovet məkanını da götürdükdə onların heç birinin vətəndaşının özgüvən hissi, öz dövləti ilə qürur duyması məncə biz azərbaycanlılardakı qədər yüksək deyil”.

Deputat vurğulayıb ki, yeganə bizim qürurumuzu zədələyə bilən məsələ torpaqlarımızın işğal altında olması, Dağlıq Qarabağ probleminin həllini tapmamasıdır:

“Son zamanlar Azərbaycanın dövlət başçısının bu yöndə atdığı addımlar və “Valday”da daha da qabarıq nəzərə çarpan bizim gördüyümüz reallıqlar ondan xəbər verir ki, bu məsələ də tezliklə həllini tapacaq. Bilirsiniz, ideologiyasız millət çox irəli gedə bilməz. Azərbaycan dövlətinin əsas ideologiyası Azərbaycançılıqdır. Bu, Ulu öndər Heydər Əliyevin irəli sürdüyü formuldur. Amma cənab Prezidentin son çıxışında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” onu göstərir ki, artıq bizim yeni bir ideologiyamız da formalaşır. Bu Qarabağçılıqdır. Azərbaycançılıq və Qarabağçılıq ideologiyasına tapınan millətin qarşısında isə heç kim duruş gətirə bilməz, nəinki erməni işğalçıları”.

Ləman Hüseynzadə

AZADİNFORM