Bundan əvvəl Türkiyə mətbuatı gizli bir sənəd yaymışdı Bundan əvvəl Türkiyə mətbuatı gizli bir sənəd yaymışdı
  • Hadisə
  • 31 Yanvar 2021 23:42
  •  11 534

Ordu.az: "Türkiyə Zəngəzur məsələsini həll etməyi planlaşdırır"

Bundan əvvəl Türkiyə mətbuatı gizli bir sənəd yaymışdı

"Türkiyə 2021-ci ilin martına qədər Ermənistan dövlətçiliyini tamamilə məhv etməyi planlaşdırır ki, 1921-ci ilin rus-türk razılaşması olan Moskva müqaviləsi ərəfəsində Moskvanı Ermənistanla bağlı tamamilə fərqli proqrama məcbur etmək imkanına sahib olsun, bu proqramda nəinki Qarabağ, Zəngəzur da olmayacaq. Buna nail olmaq üçün türk tərəfi 2021-ci ilin martına qədər Zəngəzur məsələsini həll etməyi planlaşdırıb. Və qarşıda Qarsda keçiriləcək genişmiqyaslı fevral hərbi təlimlərini də bütün bunlara əlavə etsək, erməni tərəfi, yumşaq desək, düşünüləcək şeyə sahibdir".

AzNews.az Ordu.az-a istinadən xəbər verir ki, bunu erməni siyasi analitik Yervand Bozoyan deyib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə mətbuatı gizli bir sənəd yaymışdı. İddialara görə, Türkiyə Yunanıstan və Ermənistan üzərinə hücum etməklə bağlı plan hazırlayıb.

"İstisna olunmur ki, bənzər məlumatın bir qayda olaraq olduqca gizli saxlanılmasına baxmayaraq, bunlar təsadüfən su üzərinə çıxıb", - deyə Bozoyan bildirib.