Parisin məcburən başladığı istintaq Parisin məcburən başladığı istintaq
  • Hadisə
  • 2 Mart 2021 09:28
  •  17 396

Musavat.com: Azərbaycana qarşı döyüşən terrorçular Fransada mühakimə ediləcək" -ŞƏRH

Parisin məcburən başladığı istintaq

Fransa Daxili İşlər Nazirliyi Qarabağda döyüşən 10-larla Fransa vətəndaşı barədə “xaricdə terror qruplarında fəaliyyət” ittihamı ilə istintaq başlayıb.

Bu barədə siyasi analitik Yeganə Hacıyeva Fransa mediasına istinadən “Yeni Müsavat”a məlumat verib. Onun sözlərinə görə, Ermənistanın ifşası artıq Fransada da həyata keçməyə başlayır: “Ötən il Qarabağda hərbi əməliyyatlar başlayanda erməni hərbi birləşmələrinə çoxlu sayda xarici muzdluların cəlb olunması faktları var idi. Lakin Ermənistan hərbi təxribatlara başlayan kimi, erməni rəsmiləri və bütün dünyadakı erməni diasporunu guya Azərbaycanın Yaxın Şərqdən muzdlular gətirməsi kimi yalanı tirajlamaq üçün bütün qüvvələrini səfərbər etmişdilər.

İlk olaraq belə dezinformasiyaları Tovuzdakı hərbi təxribatdan 3 gün sonra Türkiyədəki erməni-PKK təbliğatçısı “Firat” agentliyi, sentyabrda isə “Moskovskiy Komsomolets” qəzeti tirajlamışdı. Azərbaycan isə əslində Ermənistanın xaricdən muzdlu terrorçular gətirdiyini və ordu birləşmələrində yerləşdidiyini bəyan edirdi. Fransa Daxili İşlər Nazirliyinin indi istintaq başlatması bir daha təsdiq etdi ki, Ermənistana xaricdən, o cümlədən Fransadan terrorçular gedib və Qarabağda döyüşə göndərilib. Erməni hərbi birləşmələrinə çoxlu sayda xarici muzdluların cəlb olunması faktlarının bəzilərini Azərbaycan və digər ölkələrin təhlükəsizlik xidmətləri, bəzilərini beynəlxalq təşkilatlar ifşa edib. Ötən il iyul hərbi əməliyyatlarından sonra STJ - Suriyalılar Həqiqət və Ədalət Naminə Təşkilatı Suriyada hökuməti dəstəkləyən etnik ermənilərin hərbi birləşmələrinin Qarabağa göndərilməsi haqqında bir neçə hesabat paylaşdı.

Əsəd Qarabağda ölən muzdluların ailələrinə kompensasiya ödəyəcək – Və dünya  susur!

Y.Hacıyeva qeyd etdi ki, Fransa tərəfindən açılan ilkin istintaq erməni işğalçı ordusunun müdafiəsinə kömək etmək üçün çoxlu sayda fransızın Dağlıq Qarabağa getməsi faktı əsasında başlanıb. Paralel olaraq da Fransa Prokurorluğuna “Dağlıq Qarabağ bölgəsində döyüşməyə gedən erməni əsilli Fransa vətəndaşlarının törətdikləri müharibə cinayətləri” barədə istintaqın başlanması üçün müraciət edilib: “Azərbaycanın Fransadakı səfirliyi də ”Dağlıq Qarabağ bölgəsində döyüşməyə gedən erməni əsilli Fransa vətəndaşlarının törətdikləri müharibə cinayətləri barədə istintaqın başlanmasına təkan vermək məqsədilə həmin şəxslər haqqında dəlilləri toplayıb, hazır dosye ilə Fransa Prokurorluğuna müraciət edib.

Bu hadisə birmənalı olaraq Azərbaycanın müharibə dövründə “Ermənistan Avropadan, Suriyadan, Livandan və digər yerlərdən terrorçuları müharibəyə cəlb edir” bəyanatlarının təkzibolunmaz sübutudur.

Fransa mətbuatı: Qarabağda döyüşən Fransa vətəndaşları barədə ilkin  istintaq başlandı – Polisə.az

Lakin beynəlxalq kuluarlarda son zamanlar Ermənistanın Dağlıq Qarabağdakı müharibə və hərbi cinayətlərin məsuliyyətindən qaçmaq üçün guya hərbi əməliyyatlarda qarşı tərəfin qondarma quruluş olması, muzdluların isə müstəqil hərəkət etməsi, buna görə Ermənistanın məsuliyyət daşımaması haqqında nağıllar səslənməyə başlanıb. Bu isə növbəti erməni ağ yalanıdır, çünki hətta hərbi əməliyyatlar dayanandan sonra da Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində hərbi fəaliyyətlərə cəlb edilməsi faktları mövcuddur.

Həbs olunmuş iki qrup terrorist və keçən həftə İrəvanda valideynlərin “əsgərlərin yük maşınlarında Qarabağa daşınması” əleyhinə keçirdikləri etiraz mitinqləri buna sübutdur".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”