Ankarada dəhşətli terror aktını törədən Abdulbaki Sömerin yas mərasimi keçirilib. Ankarada dəhşətli terror aktını törədən Abdulbaki Sömerin yas mərasimi keçirilib.

Millət vəkilindən şok addım - Terrorçunun yasına getdi

Ankarada dəhşətli terror aktını törədən Abdulbaki Sömerin yas mərasimi keçirilib.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkili Tuba Hezer terrorçu üçün keçirilən yas mərasiminə qatılıb.

Qeyd edək ki, HDP-dən olan Hezer bir müddət öncə "Xəndəklərə faşizm bayrağını basdırıb azadlıq bayrağını asacağıq" açıqlamasıyla gündəmə gəlmişdi.

Xatırladaq ki, fevralın 17-də Türkiyənin paytaxtında 28 nəfərin ölməsi və 61 nəfərin yaralanması ilə nəticələnən terror aktı törədilib. Hadisə yerindən alınan barmaq izlərinə görə terroru Salih Neccar adlı suriyalının törətdiyi məlum olub. Terrorçunun əsl adının Abdulbaki Sömer olduğu və Türkiyəyə keçərkən Salih Neccar adına şəxsiyyət vəsiqəsi təqdim etdiyi ehtimal edilir.



Aydan AXUNDOVA