Çeçenistan lideri Ramzan Kadırov vəzifədən getdikdən sonra hansı işlə məşğul olacağı ilə bağlı açıqlama verib. Çeçenistan lideri Ramzan Kadırov vəzifədən getdikdən sonra hansı işlə məşğul olacağı ilə bağlı açıqlama verib.

“Mən Putinin piyada əsgəriyəm” - Kadırov

Çeçenistan lideri Ramzan Kadırov vəzifədən getdikdən sonra hansı işlə məşğul olacağı ilə bağlı açıqlama verib.


Kadırov vəzifədən getsə belə, Rusiya prezidenti Vladimir Putinin siyasi kursuna sadiq qalacağını bildirib. O, özünü Putinin əsgəri adlandırıb.

"Mən deyəndə ki, Putinin piyada əsgəriyəm, bu, sadəcə söz deyil. Bu, mənim qəti fikrimdir və vəzifədə olmağımdan asılı olmayaraq həmişə Vladimir Putinə sadiq qalacağam".

Çeçenistan lideri vəzifədən getməyə hazır olduğunu, bundan sonra vaxtını ailəsinə və dostlarına sərf edəcəyini deyib.

"Əlbəttə ki, ilk növbədə ölkəmizin, Rusiyanın maraqlarını qoruyan müəyyən vəzifələrin yerinə yetirilməsi ilə məşğul olacağam. İstənilən an Putin hesab etsə ki, mən ön sırada olmalıyam, o vaxt bir an belə düşünmədən hazır olacağam".


AzVision.az