Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı həmkarı ilə görüşündə Qarabağ məsələsindəki mövqeyinə görə Vladimir Putinə təşəkkür edib Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı həmkarı ilə görüşündə Qarabağ məsələsindəki mövqeyinə görə Vladimir Putinə təşəkkür edib

Sarkisyandan Putinə təşəkkür - Qarabağa görə (Yenilənib)

Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı həmkarı ilə görüşündə Qarabağ məsələsindəki mövqeyinə görə Vladimir Putinə təşəkkür edib


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, Sarkisyan deyib ki, - "biz bu münaqişənin sülh yolu ilə həllinə sadiq olduğumuzu bir daha bəyan edirik"

"Mən, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərə görə, Sizə təşəkkür etmək istəyirəm", - Sarkisyan deyib.

***
20:22

Moskvada Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilib.

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, Kremldə keçirilən görüşdə Vladimir Putin və Serj Sarkisyan görüş zamanı ikitərəfli əməkdaşlıq münasibətlərinə dair əsas məsələlər, iqtisadi-ticarət, enerji və humanitar sahədə əlaqələr, eləcə də Avrasiya məkanında inteqrasiya prosesi müzakirə olunub.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sərhədlərində təhlükəsizlik məsələsi də prezidentlərin müzakirə mövzusu olub.

Vladimir Putin erməni həmkarına iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etməyi təklif edib. Rusiya prezidenti iki ölkə arasındakı münasibətləri strateji tətəfdaşlıq kimi xarakterizə edib: "Bizim münasibətlər uğurla inkişaf edir. Əlbəttə ki, obyektiv xarakter daşıyan problemlər mövcuddur".