Ordu və polis böyük anti-terror əməliyyatına başlayır - Türkiyədə

Türkiyədə ordu və polis böyük anti-terror əməliyyatına başlayır.


AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Hakkarinin Yüksekova rayonunda keçiriləcək anti-terror əməliyyatına 20 min əsgər və polis qatılacaq.

Cizrə və Silopidənt fərqli olaraq əməliyyatlar rayon mərkəzləri ilə məhdulaşmayacaq, İran və İraq sərhədlərinə qədər olan əraziləri də əhatə edəcək. Yüksekova rayonunda 2 minə qədər PKK terrorçusunun olduğu bildirilir. Rayon mərkəzində anti-terror əməliyyatını Jandarma Özəl Hərəkatı və Polis Özəl Hərəkatı həyata keçirəcək, əməliyyata 11 min polis qatılacaq. Rayonun İran və İraq sərhədlərinə qədər digər ərazilərində əməliyyatı xüsusi təyinatlı ordu birlikləri həyata keçirəcək. İki ay davam edəcəyi gözlənilən anti-terror əməliyyatları dövründə 4 pilotsuz təyyarə 24 saat ərzində ərazidə kəşfiyyat uçuşları həyata keçirəcək.