Türkiyənin cənub-şərqində yerləşən Kilis vilayəti yenidən Suriya tərəfindən raketlərlə atəşə tutulub. Türkiyənin cənub-şərqində yerləşən Kilis vilayəti yenidən Suriya tərəfindən raketlərlə atəşə tutulub.

Raket hücumlarından sonra Türkiyə tankları sərhədə yığır - Video

Türkiyənin cənub-şərqində yerləşən Kilis vilayəti yenidən Suriya tərəfindən raketlərlə atəşə tutulub.


Əraziyə üç raket mərmisi düşüb.

Raketlərdən biri evin damına, digəri məscidin tualetinə, üçüncüsü isə qəbirstanlığa yaxın boş əraziyə düşüb. Hadisə nəticəsində 3 nəfər yaralanıb.

Partlayışdan sonra alovlanan evin damı xilasetmə qrupları tərəfindən söndürülüb. Polis qüvvələri bölgədə geniş təhlükəsizlik tədbirləri aparır.

Dünən Suriyanın İŞİD nəzarətində olan Bap bölgəsindən Türkiyənin cənub-şərqində yerləşən Kilis vilayəti "Katyuşa" raketlərindən atəşə tutulub. Fasilələrlə atılan rus raketləri vilayət mərkəzində yaşayış sahəsi və boş əraziyə düşüb.

Kilis Valiliyi hadisə nəticəsində 3-ü uşaq olmaqla 4 Suriya vətəndaşının həyatını itirdiyini daha 6 nəfərin yaralandığını açıqlayıb. Valilik isə daha bir neçə nəfərin yaralandığını bildirib. Türkiyəli hərbçilər terrorçuların mövqelərinə artilleriya zərbələri endirməklə qarşılıq verib.

Son iki gündə Kilisdə baş verən hadisələr Türk ordusunu hərəkətə gətirib. Gaziantepdən Suriya sərhədindəki şəhərə tank və zirehli vasitələrlə əsgər daşınıb. Gaziantep 5-ci Zirehli Briqada Komandirliyindən təhlükəsizlik tədbirləri üçün günortadan sonra yola çıxan tank, zirehli vasitə və hərbi personalın iştirak etdiyi hərbi karvan artıq şəhərə çatıb. Kilisə çatan tank və digər zirehli vasitələr Suriyanın İŞİD nəzarətində olan Bap bölgəsinin qarşısında olan Elbeyli İlçesində sərhəd xəttinə yerləşəcək.

Bundan əlavə, bu il yanvarın 18-də Kilisin Eyüp Gökçe orta məktəbinə 3 mərmi topu düşüb. Partlayış nəticəsində 4 nəfər ölüb, xeyli sayda yaralılar olub.

Türkiyədə İŞİD qruplaşması 2013-cü ildə terrorçu təşkilatlar siyahısına daxil edilib. Ölkədə indiyə kimi 3300-dən çox vətəndaş İŞİD və digər ekstrimist qruplaşmalarla əlaqələrinə görə istintiqa cəlb olunub. Onlardan 847 nəfəri hazırda Türkiyə həbsxanalarında cəza çəkir.

ans press